Icma.az
close
up
RU
Prezident Ərdoğan: İran ətrafında böhranın aradan qaldırılması şansı hələ də mövcuddur

Prezident Ərdoğan: İran ətrafında böhranın aradan qaldırılması şansı hələ də mövcuddur

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 11 mart, AZƏRTAC

Qonşu İrana qarşı başlanan müharibə bütün dünyaya ciddi ziyan vura bilər. Münaqişə davam edərsə, qlobal iqtisadiyyat üçün mənfi nəticələr daha da artacaq. Eyni zamanda, diplomatik vasitələrə qayıtmağı tələb edən böhrana son qoymaq üçün şans hələ də qalır.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında çıxış edərkən verib.

Prezident Ərdoğanın sözlərinə görə, Türkiyənin yerləşdiyi bölgə son həftələrdə yenidən qan tökülməsinə səhnə olub.

“İranda müharibənin ilk günündə Ali Rəhbər Əli Xamenei də daxil olmaqla yüksəkvəzifəli şəxslərlə birlikdə 175 ibtidai sinif şagirdi qız həlak olub. İqtisadi sanksiyalar və ağır həyat şəraiti səbəbindən onsuz da çətinlik çəkən İran xalqı indi gündəlik bombardman altında yaşamaq üçün mübarizə aparır”.

Türkiyə lideri İrana edilən hücumları “problemlərin danışıqlar yolu ilə həll edilməsi ehtimalı fonunda səhv hesablamaların və yanlış təhlillərin nəticəsi” adlandırıb.

Prezident Ərdoğan qeyd edib ki, təkcə münaqişədə birbaşa iştirak edən ölkələr deyil, bütün dünya “ağır qiymət” ödəməyə hazırlaşır. O əlavə edib: “Ümumi qəbul edilmiş müharibə qaydalarına məhəl qoymayan bu mənasız və qanunsuz müharibə davam edərsə, daha çox insan tələfatına səbəb olacaq və qlobal iqtisadiyyata dəyən ziyan artacaq. Silahları susdurmaq üçün bütün səylərimizi göstərməyə davam edirik. Ankara bütün bölgədə sülhün tərəfdarıdır. Müharibə bölgənin tamamını bürüməzdən əvvəl dayandırılmalıdır”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri