Icma.az
close
up
RU
Prezident Ərdoğan: Türkiyə müdafiə sahəsində xaricdən asılılığı tam aradan qaldırmağı hədəfləyir

Prezident Ərdoğan: Türkiyə müdafiə sahəsində xaricdən asılılığı tam aradan qaldırmağı hədəfləyir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ankara, 18 iyun, AZƏRTAC

Türkiyə müdafiə sahəsində idxaldan asılılığını tamamilə aradan qaldırana qədər daxili hərbi-sənaye kompleksini inkişaf etdirməyə davam edəcək. AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü, iyunun 18-də Ankarada Ədalət və İnkişaf Partiyasının (AKParti) parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, Türkiyənin uzun müddət inkişaf etmiş müdafiə sənayesi olmayıb. O əlavə edib: “Ölkəmiz bütün bu müddət ərzində ehtiyac duyduğu hər şeyə, o cümlədən kadrlara və resurslara sahib idi. Yeganə çatışmazlıq siyasi iradə və cəsarətin olmaması idi. Ölkə kənardan ona tapşırılan “roldan” kənara çıxmadı”, - deyən Ərdoğan partiyasının iqtidara gəlməsi ilə vəziyyətin dəyişdiyini vurğulayıb.

Siyasətçi Türkiyənin son 23 ildə əldə etdiyi nailiyyətlərə diqqət çəkərək qeyd edib ki, bu gün ölkə çoxlu sayda müdafiə təyinatlı məhsul, o cümlədən döyüş gəmiləri, tank əleyhinə sistemlər, torpedalar, qanadlı raketlər, pilotsuz təyyarələr, tanklar, helikopterlər və artilleriya qurğuları istehsal edir. “Müdafiə idxalından asılılıq səviyyəsi 80 faizdən 20 faizə qədər azalıb. Tezliklə biz elə çəkindirici potensiala nail olacağıq ki, Ankaranın rəqibləri Türkiyə əleyhinə planları həyata keçirmək fikrindən əl çəkəcəklər”, -deyə Ərdoğan əmin edib.

İsrail ilə İran arasında gərginliyin artması ilə bağlı bölgədə gərginlik spiralına toxunan Türkiyə Prezidenti bildirib: “Ankara istənilən ssenariyə hazırdır. Türkiyəyə hücum etməyə cəhd edən hər kəs layiqli cavabını alacaq”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri