Icma.az
close
up
RU
Prezident Fərman imzaladı Yeni sistem yaradılır

Prezident Fərman imzaladı Yeni sistem yaradılır

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin imzaladığı Fərmanla ölkədə “Dövlət auditi” informasiya sistemi (DAİS) yaradılacaq.

Doğru.az xəbər verir ki, iqtisadçı, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni sistem rəqəmsal texnologiyalardan istifadə yolu ilə maliyyə sənədlərinin və məlumatların elektron mübadiləsini nəzərdə tutur: “Yeni sistemin yaradılmasında əsas məqsəd elektron kənar auditdən istifadə və dövlət vəsaitlərindən istifadə şəffaflığın daha da artırılmasıdır. Beynəlxalq qurumların və xüsusən də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (İNTOSAİ) əsas tövsiyələrindən biri də informasiya texnologiyası auditinin aparılmasıdır. Bir sıra maliyyə məlumatlarının elektronlaşmaması və inteqrasiya olunmaması Hesablama Palatası tərəfindən bu audit növündən istifadə edilməsinə imkan vermirdi. Halbuki, İNTOSAİ da peşəkar inkişafda ənənəvi hüquqi, iqtisadi və mühasibat bilikləri çərçivəsindən kənara çıxmanı və elektron məlumatların emalını birmənalı şəkildə qeyd edir”.

Deputat qeyd edib ki, DAİS birmənalı şəkildə dövlət vəsaitlərindən daha səmərəli istifadəni hədəfləyir və bu, Azərbaycanda informasiya texnologiyası auditinin tətbiqinə imkan verəcək: “2025-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin (43 audit və 5 analitik fəaliyyət) 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Eynilə, büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin sayı 75 faizdir. Keçirilən auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bunun əsas səbəblərindən biri də inteqrasiya edilmiş elektron maliyyə sisteminin tam formalaşmamasıdır. Yeni sistemin yaradılması kənar maliyyə nəzarətini gücləndirəcək və bu da dövlət vəsaitlərindən istifadədə şəffaflığı artıracaq”.

V.Bayramov əlavə edib ki, Hesablama Palatasının rəyinə görə, Azərbaycanda dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20 faizi ötüb: “Bu isə dövlət vəsaitlərinin səmərəli istifadəsi və şəffaflıq baxımından mühüm məsələ kimi qiymətləndirilir. Bu, dövlət satınalmalarının inteqrasiya edilmiş elektronlaşdırılmasını və süni intellektdən istifadəni daha da aktuallaşdırır”.

Onun sözlərinə görə, yeni audit sisteminin formalaşması dövlət vəsaitlərinin istifadəsi səmərəliliyinin gücləndirilməsində yeni mərhələdir və bu, daha şəffaf və hesabatlı dövlət maliyyə sisteminin yaradılması deməkdir.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://dogru.az
archiveBu xəbər 17 Avqust 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri