Prezident gələn il böyük sosial islahatlar həyata keçirəcək
Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.
“Gələn il pensiyaların indeksləşdirilməsi planlaşdırılır”.
Manset.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
“Ölkə başçısı tərəfindən növbəti ildə böyük sosial islahatlar həyata keçiriləcək. Gələn il həm minimum əməkhaqqının, həm minimim pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır.
Ümumilikdə bu sosial islahat paketi pensiyaların indeksləşdirilməsi ilə birlikdə 3 milyon insanı əhatə edəcək. Düşünürəm ki, dövlət büdcəsi və icmal büdcə parlamentdə təsdiq olunduqdan sonra onun parametrləri təsdiq olunacaq”, - deyə nazir bildirib.
Baxış sayı:41
Bu xəbər 21 Noyabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















