Prezident həmkarına zəng edib
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Yeniavaz.com xəbər verir ki, dövlət başçısı Şavkat Mirziyoyevi doğum günü münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür, cansağlığı, qardaş Özbəkistan xalqının xoşbəxt gələcəyi və firavanlığı naminə həyata keçirdiyi şərəfli ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayıb.
Prezident Şavkat Mirziyoyev səmimi təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək, öz növbəsində Azərbaycan xalqına firavanlıq və rifah arzulayıb.
Telefon söhbəti zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.
Dövlət başçıları, həmçinin gələcək təmaslar barədə razılıqlarını ifadə edərək, qarşılıqlı maraq doğuran məsələlərə və ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:Prezident həmkarına məktub ünvanladı
11 Dekabr 2025 12:41
Prezident kubalı həmkarına təbrik ünvanlayıb
01 Yanvar 2025 11:20
Prezident iraqlı həmkarına başsağlığı verdi
18 İyul 2025 21:53
Prezident belaruslu həmkarına təbrik ünvanlayıb
03 İyul 2025 15:04
Prezident albaniyalı həmkarına məktub göndərdi
28 Noyabr 2025 11:26
Baxış sayı:73
Bu xəbər 24 İyul 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















