Prezident həmkarını təbrik etdi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Prezidenti İlham Əiyev Cibuti Prezidenti İsmail Ömər Gellehi ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.
“Qafqazinfo” bildirir ki, təbrikdə deyilir:
“Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Cibuti dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası əlaqələrimizi daha da möhkəmləndirmək, qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Cibuti xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 27 İyun 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















