Prezident: Hər il Azərbaycanda xizəkçilik üzrə ya dünya, ya da Avropa çempionatı keçiriləcək
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bu il Şahdağda dünya çempionatı keçiriləcək. Beynəlxalq Xizək Federasiyası ilə bizim əlaqələrimiz başlayıb və bu, artıq təqvimə salınıb".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Hər il Azərbaycanda ya dünya, ya da Avropa çempionatının keçiriləcəyini qeyd edən dövlətimizin başçısı bildirib: "Bu, artıq 10 ildən çoxdur ki, böyük maraq cəlb edən və turistlərin sayının artmasında mühüm rol oynayan yay tədbirimizlə - "Formula 1"lə müəyyən dərəcədə balans yaradacaq. İlk "Formula 1"dən sonra artım 20 faiz oldu".
Baxış sayı:103
Bu xəbər 21 Yanvar 2026 05:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















