PREZİDENT İCRA BAŞÇISI TƏYİN ETDİ Tərcümeyihal + FOTO
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, avqustun 7-də Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
1983-cü il təvəllüdlü Orxan Hüseynzadə bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini postunu tutub.
2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın bitirib.
Səhiyyə Nazirliyində (2006-2012-ci illər) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (2012-2018-ci illər) müxtəlif vəzifələrdə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında (2018-ci il) çalışıb.
2018-ci ildən indiyədək isə Dövlət Əmək Müfəttişliyi Xidmətində fəaliyyət göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Noyabr 2024 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















