Prezident İlham Bayramovu yüksək vəzifəyə TƏYİN ETDİ SƏRƏNCAM
Icma.az bildirir, Manset portalına istinadən.
Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, İlham Bayramov 1992-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” fakültəsinin məzunudur. O, 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kursları”nı bitirib. 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsini fərqlənmə ilə başa vurub.
2005-ci ildə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində şöbə rəisi, 2006-cı ilin yanvar ayında Xidmətin rəis müavini vəzifəsinə təyin edilib və 2009-cu ilin may ayına qədər həmin vəzifədə çalışıb.
2009-2013-cü illərdə “Caspel” MMC-nin idarə heyətinin sədr müavini qismində fəaliyyətini davam etdirib.
2013-2014-cü illərdə “Azərsu” ASC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları departamentinin rəisi vəzifəsində çalışıb.
2014-2018-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin aparatının rəhbəri, nazirin müşaviri işləyib.
2018-2021-ci illərdə Azərbaycan Sənaye Korporasiyası ASC-də İstehsal və Əməliyyatlar departamentinin direktoru vəzifələrində çalışıb.
2021-ci ilin 10 dekabr tarixindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Baş direktoru olaraq fəaliyyətini davam etdirib.
Qeyd edək ki, İlham Bayramov 10 avqust 1970-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində ziyalı ailəsində anadan olub.
Evlidir, 3 övladı var.
Baxış sayı:55
Bu xəbər 20 Noyabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















