Icma.az
close
up
RU
Prezident İlham Əliyev: ABŞ Azərbaycan strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

Prezident İlham Əliyev: ABŞ Azərbaycan strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqton, Ağ Ev – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə keçirilən görüşdən sonra Ağ Evdə mətbuat üçün bəyanatla çıxış edib və ABŞ mətbuatına geniş müsahibə verib. Görüş nəticəsində iki ölkə arasında münasibətlər yeni strateji əməkdaşlıq mərhələsinə yüksəldilib.
Azərbaycan–ABŞ münasibətlərində yeni səhifə açır. Saziş enerji təhlükəsizliyi, müdafiə sənayesi, süni intellekt, kosmik tədqiqatlar, beynəlxalq ticarət, təhsil və kadr hazırlığı, kənd təsərrüfatı, habelə digər mühüm istiqamətləri əhatə edir. Bu sənədin imzalanması iki ölkə arasında uzunmüddətli və çoxşaxəli əməkdaşlığın hüquqi bazasını formalaşdırır.
Azərbaycan Prezidenti ABŞ Konqresinin 907-ci düzəlişi ləğv etməsini tarixi qərar kimi qiymətləndirib. “Bu, Azərbaycan xalqına qarşı edilmiş böyük ədalətsizlik idi. İndi bu səhv düzəldilib,” – deyə dövlət başçısı vurğulayıb. Prezident Trampın bu prosesdə şəxsi səylərinin xüsusi rolunu qeyd edib.
Ağ Evdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişinin paraflanması mühüm hadisə kimi tarixə düşüb. Prezident İlham Əliyev bildirib ki, bu sənəd Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün əsas hüquqi çərçivədir. Dövlət başçısı Ermənistanın Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmasının vacibliyini vurğulayıb və bunun sülh sazişinin imzalanması üçün əsas şərt olduğunu qeyd edib.
Azərbaycan Prezidenti Donald Trampın bu prosesdə göstərdiyi fəallığı yüksək qiymətləndirərək, onu Nobel Sülh Mükafatına namizəd kimi görmək arzusunu dilə gətirib. İlham Əliyev, həmçinin, Prezident Trampın müstəqil xarici siyasət kursunu və beynəlxalq arenada ədalətli mövqeyini yüksək dəyərləndirib.
Dövlət başçısı Azərbaycanın dünyada nümunəvi etnik və dini tolerantlıq mühiti ilə tanındığını, ölkəyə qarşı bəzi mərkəzlərdə aparılan anti-Azərbaycan təbliğatının isə tamamilə əsassız olduğunu bəyan edib. O, insan haqları və demokratiya sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri vurğulayıb.
Aytən İmanova - Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Avqust 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri