Prezident İlham Əliyev Bayraq Meydanında Azərbaycan Bayrağını ucaldıb
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar.
Dövlət başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb.
Dövlət Bayrağı Meydanı təmir olunub, bayraq dirəyi yenilənib.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı bir müddət əvvəl təmirə bağlanmışdı.
Xatırladaq ki, avqustun 2-də test məqsədilə qaldırılan bayraq bu gündən etibarən daimi olaraq dalğalandırılacaq.
Dövlət Bayrağı Meydanının mətbuat katibi Əfsanə Mehdiyeva jurnalistlərə burada qaldırılan Dövlət Bayrağının texniki parametrləri barədə məlumat verib:
“Bu gün Dövlət Bayrağı Muzeyi və Dövlət Bayrağı Meydanının açılışı oldu. Azərbaycanın buradakı üçrəngli bayrağının eni 36, uzunluğu 72 metrdir. Çəkisi isə 500 kiloqramdan artıqdır. Buradakı muzey 6 salondan ibarətdir. Muzeydə dövlətçilik tarixinə aid maraqlı eksponatlar var”.
O xatırladıb ki, Meydan bayraq dirəyinin hündürlüyü parametrlərinə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Baxış sayı:56
Bu xəbər 08 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















