Prezident İlham Əliyev Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb.
APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, söhbət zamanı Marta Kosun ötən il Azərbaycana, o cümlədən Qarabağa səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı. Marta Kos işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.
Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Eyni zamanda, enerji, regional nəqliyyat bağlantıları, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunuldu.
Marta Kos Avropa İttifaqının Azərbaycanın humanitar minatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunu qeyd etdi.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu vurğulandı və bu istiqamətdə fikir mübadiləsi aparıldı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 21 Yanvar 2026 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















