Icma.az
close
up
RU
Prezident İlham Əliyev Qlobal Bakı Forumunda mühüm mesajlar verdi VİDEO

Prezident İlham Əliyev Qlobal Bakı Forumunda mühüm mesajlar verdi VİDEO

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Türkiyənin "Haber Global" telekanalının efirində bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində işə başlayan 13-cü Qlobal Bakı Forumu ilə bağlı süjet yayımlanıb.

Oxu.Az xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbir çərçivəsində iki gün ərzində dünya gündəminin ən aktual məsələlərinin müzakirə olunacağı sessiyalar təşkil ediləcək.

Prezident İlham Əliyev Qlobal Bakı Forumunda mühüm mesajlar verdi - VİDEO

Əvvəlki illərin ənənəsinə sadiq qalaraq, bu dəfə də dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət rəhbərləri, sabiq prezidentlər, baş nazirlər və qlobal miqyasda qərar qəbul edən nüfuzlu şəxslər forumda bir araya gəliblər. Məhz buna görə də sözügedən tədbir tez-tez "Qafqazın Davosu" kimi xarakterizə olunur.

Tədbirin açılış mərasimində ev sahibi qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı nitqində təhlükəsizlik məsələsinin əsas prioritetlərdən biri olduğunu vurğulayaraq bildirib ki, dövlətlərin ərazi bütövlüyünə qəsd edilməsi və beynəlxalq hüquq normalarının tapdalanması çox ağır nəticələrə səbəb olur.

Prezident İlham Əliyev eyni zamanda Ermənistanla aparılan sülh danışıqları prosesinə də toxunub. O qeyd edib ki, yekun sülh əldə olunduqdan sonra Orta Dəhlizin yeni qolunun formalaşdırılması istiqamətində ortaq fəaliyyət həyata keçirilə bilər. Prezident vurğulayıb ki, yeni marşrut xətti Ermənistan ərazisini də əhatə edəcək və bu layihə nəticəsində Ermənistan tarixində ilk dəfə tranzit dövlət statusu əldə edə bilər.

Dünyanın müxtəlif ölkələrini təmsil edən 400-dən artıq qonağın iştirak etdiyi forum çərçivəsində sessiyalar günboyu davam edir. Cari il keçirilən toplantı "Keçid dövründəki dünyada fərqlərin aradan qaldırılması" devizi altında təşkil olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Mart 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri