Icma.az
close
up
RU
Prezident İlham Əliyev regional təhlükəsizlik memarıdır ŞƏRH

Prezident İlham Əliyev regional təhlükəsizlik memarıdır ŞƏRH

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fikir dühalarından birinin dediyi kimi tarixi liderlər yaradır, tarixiçilər yazır. Azərbaycan tarixində də tarix yaradan liderlər olub. Bu liderlər ölkənin taleyində həlledici rol oynamaqla adlarını tarixə həkk ediblər. Onlar tarix yaradıblar ki, gələcək nəsillər o tarixdən həm qürurlansınlar, həm də ibrət alsınlar.

Bu gün xalqımız daha bir şərəfli tarix yaşadı. Belə ki, avqustun 8-də Birləşmiş Ştatların Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri sülh yolunda mühüm addım atdılar.Görüşdə çoxdan arzusunda olduğumuz Cənubi Qafqaza sülhü gətirən Bəyanat imzalandı. 30 illər boyunca müharibə olan bir bölgəyə sülhün gəlməsinin nə demək olduğunu onu ancaq gözləyənlər bilər.Bu görüş və imzalanan Birgə Bəyannamə re­gionun gələcəyi üçün mühüm dönüş nöqtəsi oldu.

Azərbaycan - Ermənistan münaqişəsi yalnız hərbi qələbə ilə deyil, həm də beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş sülh razılaşması ilə başa çatmaq üzrədir. Beynəlxalq hüquqda sülh prosesi yalnız hüquqi sənədlərlə deyil, həm də siyasi iradə ilə təmin edilir. İlham Əliyevin liderliyi bu mənada “proaktiv diplomatiya” nümunəsi oldu. O, 44 günlük müharibə ilə BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququnu icra etdi, ardınca isə sülh masasında bu qələbəni "jus cogens" prinsipləri ilə möhkəmləndirdi. ABŞ Prezidenti Donald Trampın “İlham Əliyevlə işləmək şərəfdir” bəyanatı təkcə diplomatik kompliment deyil, həm də liderin beynəlxalq legitimliyinin ABŞ səviyyəsində rəsmən təsdiqidir. Bu, dövlətimizin başçısının regional təhlükəsizlik memarı kimi qəbul edildiyini göstərir. Prezident İlham Əliyevin görüşdə nümayiş etdirdiyi siyasi uzaqgörənlik, dövlətçilik iradəsi və diplomatik məharəti, sadəcə olaraq, müasir dövrün liderlik etalonuna çevrildi. ABŞ Prezidenti Donald Trampın özü də görüş zamanı dəfələrlə vurğuladı ki, Prezident İlham Əliyev dərin strateji təfəkkürə malik liderdir. Tramp mətbuat qarşısında Azərbaycan Prezidentinin yüksək intellektindən, siyasi çevikliyindən və geosiyasi balans yaratmaq bacarığından heyranlıqla danışaraq, onun regional və dünya siyasətində oynadığı rolu açıq şəkildə təqdir etdi. Yeri gəlmişkən qeyd edək ki, Tramp dövlətimizin başçısına Ağ Evin rəmzi açarını da təqdim edib və belə deyib: “Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”.

Bundan sonra sülhün qurulmasına dair sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımlar atılacaq. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərimizdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. Bəyannamədə yer alan ən vacib müddəalardan biri tərəflərin düşmənçilik səhifəsini bağlaması, eyni zamanda indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd və istisna etməsidir. Bu razılaşma həm də əlaqə və rabitə istəyinin göstəricisidir. Cənab Prezident də bəyan etdi ki, Azərbaycan ölkələr arasında inteqrasiyanın baş verməsini istəyir. Bu isə ilk növbədə Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidini təmin etməli idi. Bu tələb də Ermənistan tərəfindən qəbul edildi. Cənab Prezident daim vurğulayırdı ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycan Vaşinqtonda bu məqsədinə də nail oldu. İmzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır. Bu mənada əminliklə deyə bilərik ki, Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir.

Əminliklə deyə bilərik ki, Üçtərəfli bəyannamənin ruhunu və mahiyyətini müəyyən edən əsas xətt də məhz Prezident İlham Əliyevin illərlə apardığı prinsipial, ardıcıl və strateji siyasətin nəticəsi idi. Onun rəhbərliyi ilə Azərbaycan nəinki müharibədə qalib gəldi, həm də sülh prosesində siyasi və mənəvi üstünlüyünü qoruyub saxladı. Vaşinqtonda imzalanan bəyannamədə Azərbaycanın milli maraqları tam şəkildə nəzərə alındı, ərazi bütövlüyü və suveren hüquqları birmənalı şəkildə təsdiq olundu.

Bu görüş sadəcə diplomatik müzakirə deyil, münasibətlərin normallaşdırılması istiqamətində atılmış konkret bir addım oldu. Onun əhəmiyyəti ondan ibarətdir ki, uzun illərdən sonra tərəflər ilk dəfə eyni masa arxasında əyləşərək davamlı sülhün əsasını qoya biləcək razılaşma üzərində anlaşdılar. Bu regionda sabit sülhün bərqərar olması siyasi sabitlik, iqtisadi inkişaf, beynəlxalq infrastruktur və enerji layihələrinə daha geniş inteqrasiya baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, hər bir aspektdə həyati önəm kəsb edəcək.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Avqust 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri