Prezident İlham Əliyev: Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlığımız yeni müstəviyə çıxıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək yeni müstəviyə çıxıb.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq Elan Edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda yer alıb.
“Qardaş ölkənizin aparıcı “ACWA Power” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi fəaliyyətini, xüsusilə də Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyasının tikintisini yüksək qiymətləndirirəm. Bu layihə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin şaxələndirilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, OPEC+ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud səviyyəsi təqdirəlayiqdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 23 Sentyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















