Icma.az
close
up
RU
Prezident İlham Əliyev: siyasiictimai xadim kimi

Prezident İlham Əliyev: siyasiictimai xadim kimi

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

2003-cü il avqust ayının 4-də Milli Məclisin qərarı ilə İlham Əliyev Azərbaycan Respublikasının baş naziri, elə həmin il oktyabrın 15-dən isə Azərbaycan Respublikasının Prezidenti seçilir. Ölkə başçısı kimi hakimiyyətə gəldiyi gündən etibarən İlham Əliyev istər siyasi-iqtisadi, istərsə də sosial-ictimai sahədə mühüm qərarlar qəbul etmiş, ölkənin inkişafı naminə bir çox layihələrdə yaxından iştirak etmişdir.

Gördüyü mühüm işlərin nəticəsi olaraq İlham Əliyev, 2008-ci il oktyabrın 15-də 88.73, 2013-cü il oktyabrın 9-da 84.54, 2018-ci il aprelin 11-də 86.02, 2024-cü il fevralın 7-də 92.12 faiz səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilir.

Ulu öndər Heydər Əliyevin geosiyasi yolunu uğurla davam etdirən Cənab Prezident İlham Əliyev 21 il ərzində Azərbaycanın bütün sahələrdə uğurlu inkişafına nail olmuşdur. Qısa zamanda Cənab Prezident İlham Əliyev yüksək idarəçilik məharəti, uğurlu daxili və xarici siyasəti nəticəsində bütün dünya siyasətçilərinin böyük rəğbət, inam və etibarını qazanmışdır.

İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edir. Cənab Prezidentin 2003-cü il noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” strategiyası ölkənin sosial-iqtisadi inkişafını sürətləndirmişdir. Bunun ardınca 2004-cü ildə Ölkə Başçısı sosial-iqtisadi inkişaf üzrə dörd dövlət proqramını qəbul etmiş, həmin proqramlara 100 mlrd. manatdan çox vəsait sərf edilmişdir.

Ulu Öndər Heydər Əliyevin imzaladığı “Əsrin müqaviləsi”ni Cənab Prezident İlham Əliyev gündəmdə saxlayır, 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, dekabr ayının 15-də isə “Şahdəniz” yatağının ilk quyusu istismara verilir.

Cənab Prezident İlham Əliyev 2017-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yataqları bloklarının 2050-ci ilə qədər işlənilməsinə nail olur. 2020-ci il dekabr ayının 31-də Cənab Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismarını reallaşdırmaqla tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Avropaya ixracına nail olur.

2017-ci ildə Cənab Prezident neft və qaz layihələri ilə yanaşı, nəqliyyat marşurtlarının inkişafına da mühüm əhəmiyyət verərək Bakı-Tblisi-Qars dəmir yolunun, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanın, 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışını edərək, ölkənin regionda mühüm ticari logistik mərkəzə çevrilməsinə nail olmuşdur.

İlham Əliyevin səyləri nəticəsində ölkədə 8 beynəlxalq hava limanı (Laçın hava limanı ilə birgə 9) qurulmuşdur.

Ümumiyyətlə, 2003-cü ildən bu günə kimi ölkədə 20 min km-ə yaxın avtomobil yolu və 1400 km dəmir yolu tikilərək istismara verilmişdir. Bununla yanaşı ölkədə çoxlu sayda körpü tikilmiş, yol ötürücüləri qurulmuşdur.

Cənab Prezident İlham Əliyevin atdığı bütün addımlar Azərbaycan Respublikasının inkişafında mühüm rol oynamış, ölkəmizin geosiyasi istiqamətdə sürətlə inkişafına zəmin yaratmışdır. O, uzaqgörən siyasəti, əzm və iradəsi ilə təkcə siyasi zonada deyil, başqa sahələrdə də Azərbaycanın tanınmasına nail olmuş, incəsənət, ədəbiyyat, idman sahəsinə xüsusi diqqət ayırmışdır. Cənab Prezident İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti təyin edilir. Onun tapşırığı əsasında paytaxtda və regionlarda ümumilikdə, 50-ə yaxın Olimpiya idman kompleksi tikilərək idmançıların ixtiyarına verilir. Bu gün idmançılarımız ölkəmizi bütün dünyada layiqli şəkildə təmsil edirlər. Hazırda Azərbaycan, dünya səviyyəli yarışların keçirildiyi başlıca məkanlardan birinə çevrilmişdir.

İlham Əliyev tibb və təhsil sahəsinə də xüsusi diqqət ayırmış, son 21 ildə ölkədə 3630 məktəb, 760 səhiyyə müəssisəsi tikilərək, yeni standartlara uyğun təmin edilmişdir.

Cənab Prezident İlham Əliyevin səyi nəticəsində bu gün ölkəmiz dünyanın məhdud saylı kosmik ölkələri sırasında öz yerini tutur. Hazırda Azərbaycanda “Azerspace-1”, “Azersky”, “Azerspace-2” kimi peyklərdən geniş şəkildə istifadə edilir. Prezidentin göstərişi əsasında daha iki peyk istehsal edilərək, növbəti illərdə istifadəyə veriləcək.

Ölkə Başçısı İlham Əliyev 2011-ci ildə qazandığı yüksək nüfuzu sayəsində BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzvü olmuşdur. Cənab Prezident uzaqgörən siyasəti, qətiliyi, iradəsi, əzmi və iti ağlı ilə elə həmin ildə Qoşulmama Hərəkatına da tamhüquqlu üzv olmuş, 2019-cu ildə isə həmin təşkilatın sədri seçilərək səlahiyyəti bir il də artırılmışdır.

44 günlük ikinci Qarabağ müharibəsi və bir günlük lokal antiterror tədbirləri zamanı Müzəffər Ali Baş Komandanın yaratdığı güclü ordu böyük zəfərlə torpaqlarımızı Ermənistanın işğalından tamamilə azad edir.

Ölkə başçısı İlham Əliyev XXI əsrdə Azərbaycanın ərazi bütövlüyünü öz gücü ilə bərpa edərək Şərqdə sülh, əmin-amanlıq üçün yeni imkanlara qapı açmışdır. Son iki yüz ildə ilk dəfə məhz onun hakimiyyəti dövründə Azərbaycan bir qarış torpağını itirmədən, işğal altında olan ərazi bütövlüyünü heç bir ölkədən dəstək almadan bərpa etməyi bacarmışdır.Prezident İlham Əliyevin tapşırığı ilə bu gün Qarabağın bütün ərazilərində bərpa-quruculuq işləri aparılır, müasir tələblərə cavab verən infrastrukturlar qurulur, kommunikasiya və nəqliyyat sahəsində mühüm işlər həyata keçirilir.Bu gün Azərbaycan Cənab Prezident İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasəti nəticəsində beynəlxalq əhəmiyyətli strateji, logistika, kommunikasiya qovşağına, investorların əhəmiyyət verdiyi mühüm məkana çevrilmişdir.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri