Icma.az
close
up
RU
Prezident İlham Əliyev və beynəlxalq siyasət

Prezident İlham Əliyev və beynəlxalq siyasət

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini ardıcıl şəkildə gücləndirərək regional aktordan qlobal proseslərə təsir göstərən etibarlı tərəfdaşlardan birinə çevrilmişdir. Bunun  əsasında davamlı diplomatik fəaliyyət və Prezident İlham Əliyevin beynəlxalq arenada həyata keçirdiyi strateji siyasət kursu dayanır.
Azərbaycanın beynəlxalq nüfuzunun artması, müxtəlif beynəlxalq təşkilatlarda fəal təmsil olunması və qlobal təşəbbüslərdə mühüm rol oynaması ölkənin xarici siyasətinin uğurlarını aydın şəkildə nümayiş etdirir.
Heç kəsdə şübhə olmasın ki, Azərbaycan dövləti bu gün dünyada sözünü deyən, beynəlxalq münasibətlər sistemində önəmli yer tutan oturuşmuş dövlətdir.
Misallar çoxdur və müxtəlif şaxəlidir. Misalçun, 
Azərbaycanın 2025-ci ildə beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürülmüş  bütün namizədlikləri uğur qazanmış, 14 namizədliyin hər biri üzrə tam qələbə təmin edilmişdir. Və ya 2026-cı ilin yalnız iyun ayında ölkəmizin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW), İnsan Hüquqları üzrə Komitə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə maksimum nəticə əldə etməsi, əvvəlki illərdə keçirilmiş seçkilərin nəticəsinə uyğun olaraq İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsil olunması Azərbaycan nümayəndələrinə BMT insan hüquqları üzrə mövcud olan 10 müqavilə qurumundan 5-də təmsil olunmaq imkanı yaradıb. Sözsüz ki, qazanılan mandatlar Azərbaycanın milli maraqlarının çoxtərəfli platformalarda daha effektiv təşviqi və beynəlxalq əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.


Azərbaycanın beynəlxalq təşkilatların seçkili orqanlarında ardıcıl uğurlar əldə etməsi politologiyada "orta güc" (middle power) diplomatiyası, yumşaq güc (soft power) və çoxtərəflilik (multilateralism) nəzəriyyələri çərçivəsində qiymətləndirilə bilər. Coğrafi baxımdan böyük dövlət olmasa da, Azərbaycan  fəal diplomatiya və beynəlxalq təşəbbüslər vasitəsilə qlobal idarəetmə institutlarında təsir imkanlarını genişləndirə bilmişdir. Beynəlxalq təşkilatlarda əldə olunan yüksək etimad və seçki uğurları ölkənin beynəlxalq legitimliyinin, etibarlı tərəfdaş imicinin və diplomatik kapitalının gücləndiyini göstərir. Bu tendensiya Azərbaycanın milli maraqlarının beynəlxalq platformalarda daha səmərəli müdafiəsinə, qlobal qərarqəbuletmə proseslərində rolunun artmasına və beynəlxalq münasibətlər sistemində nüfuzunun möhkəmlənməsinə xidmət edən mühüm siyasi-diplomatik göstəricidir.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Ölkəmizin beynəlxalq təşkilatlarda qazandığı etimad, qlobal təşəbbüslərdə fəal iştirakı və diplomatik uğurları Azərbaycanın dünya siyasətində etibarlı, məsuliyyətli və nüfuzlu dövlət kimi qəbul olunduğunu təsdiq edir. Bu uğurlar milli maraqların qorunmasına, dövlətimizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə və qlobal proseslərdə rolunun daha da artmasına möhkəm zəmin yaradır.
Prezident yanında İdarəçilik Akademiyasının dosenti,
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 İyul 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri