Icma.az
close
up
RU
Prezident İlham Əliyev xalqının və dövlətinin milli maraqlarını hər şeydən üstün tutur ŞƏRH

Prezident İlham Əliyev xalqının və dövlətinin milli maraqlarını hər şeydən üstün tutur ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, müasir tariximizə möhtəşəm illər kimi yazılan ötən dövrdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçdi. Ali dövlət vəzifəsində nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək onu bölgənin lideri və söz sahibi, dünya birliyində layiqli yer tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli dövlətə çevirdi. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi. Ölkə sürətli və dinamik inkişaf yolu keçdi, tarixi nailiyyətlər əldə etdi.

Yeri gəlmişkən, 2018-ci ildə andiçmə mərasimində Prezident torpaqlarımızın azad ediləcəyini vurğuladı. İki il sonra, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü, 2023-cü ilin sentyabrında keçirilən birgünlük antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa edildi.

Xüsusilə qeyd edək ki, ötən il fevralın 7-də müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində növbədənkənar seçkilər keçirildi. Buna "Sözümüz imzamızdır" deyən Prezident İlham Əliyevin sözə əməl etməsi nəticəsində nail olduq. İlk dəfə prezident seçiləndə İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. İnsanların böyük coşqu, yüksək həvəslə seçki məntəqələrinə gələrək öz münasibətlərini bildirmələri demokratik ab-havanın olduğunu bir daha təsdiqlədi. Eyni zamanda bu seçki xalqın Prezident cənab İlham Əliyevin son 20 illik fəaliyyətinə verdiyi yüksək qiymət kimi də dəyərləndirilir. Xalqımızın güvəndiyi, ətrafında sıx birləşdiyi Liderə olan sevgisi məhz bu seçkidə bir daha özünü göstərdi. Daha güclü, inkişaf edən Azərbaycan naminə xalqımız cənab İlham Əliyev fenomeninə arxalandığını bir daha bəyan etdi. Tarixi dövr, fərqli situasiyalarda bu birliyin mahiyyəti isbat olundu. 44 günlük Vətən müharibəsində qazanılan tarixi, möhtəşəm Zəfərin əsasını da məhz sarsılmaz xalq-iqtidar birliyi təşkil etdi. Bu birliyin nümayişini biz 7 fevral növbədənkənar prezident seçkilərində bir daha müşahidə etdik. Beynəlxalq ictimaiyyət, dünya birliyi Azərbaycanda xalqın seçki günü nümayiş etdirdiyi həmrəyliyə şahidlik etdi. Fevralın 14-də Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı hazırkı durum və gələcək illərdə ölkənin tutacağı xətt ilə bağlı geniş nitqində növbəti illərin əsas prioritetlərini qeyd etdi: "Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir".

Qalib, güclü və söz sahibi olan ölkəmizin hədəfləri bəllidir. İqtisadiyyatın daha da gücləndirilməsi, müasir ordu quruculuğu, əhalinin rifah səviyyəsinin daha da yaxşılaşdırılması, beynəlxalq mövqeyi möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, növbəti illərdə ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror tədbirləri bunun bariz nümunəsidir. Beləliklə, qarşıdakı illərdə ordu quruculuğu prosesi davam etdiriləcək və dövlət büdcəsində hərbi xərclərə lazımi qədər vəsait nəzərdə tutulub. Ölkədə güclü hərbi sənaye kompleksi yaradılıb və bu istiqamətdə görülən işlərin birinci mərhələsi uğurla başa çatıb, qarşıya yeni vəzifələr qoyulub. Prezident bu gün Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsindəkindən daha güclü olmasına diqqət çəkərək rəsmi Bakının istənilən vəziyyətə hazır olduğunu bəyan etdi. Eləcə də Ordumuzun silah arsenalının zənginləşdirilməsindən, hərbi qulluqçuların peşəkarlığının artırılmasından, "Komando" briqadalarından danışdı. Dövlət başçısı belə bir çağırış etdi: "Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz".

Hazırkı dövrdə hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpası mühüm hədəflərdəndir. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər bura gələn xarici qonaqları heyrətləndirir. 30 il ermənilərin vəhşilikləri ilə üz-üzə qalan, tamamilə yerlə-yeksan edilən ərazilərimizə yeni nəfəs verilir, dirçəldilir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. İşğaldan azad edilmiş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq böyük uğurla və ardıcıllıqla həyata keçirilir. "Böyük Qayıdış" konsepsiyasına uyğun olaraq ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdaraq, burada xoşbəxt yaşamaları təmin olunur. Buna xalq-iqtidar birliyi, güclü, qalib Azərbaycan dövləti tam təminat verir.

Xalqımızın milli-mənəvi dəyərlərini ən yüksək səviyyədə qoruyaraq şərəfli tarixi keçmişimizə böyük ehtiram göstərən, Azərbaycanın bu gününü məharətlə yaradan və parlaq gələcəyimizin uğurlu təməlini formalaşdıran, ən mürəkkəb şəraitlərdə belə yalnız xalqımızın dəstəyinə güvənən liderin seçkilərdə qazandığı qələbə hər bir vətəndaşımıza sonsuz sevinc hissi bəxş etdi. Bu, Azərbaycan xalqının demokratik hüquqlarının təmin olunmasının göstəricisidir. Prezident İlham Əliyevin liderliyi ilə ölkə demokratik prinsiplərə və hüquqlara əsaslanan güclü dövlət kimi inkişaf edir. Bu nailiyyətlər Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyünün möhkəmləndirilməsi və xalqın maraqlarının müdafiəsi üçün atılan addımların bir nümunəsidir. Bu gün Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması həm iqtisadi əlaqələrinin möhkəmlənməsində, həm də xarici siyasət sahəsində apardığı davamlı uğurlarda özünü göstərir. Prezident İlham Əliyev xalqının və dövlətinin milli maraqlarını hər şeydən üstün tutan, xalq-hakimiyyət birliyini, siyasi sabitliyi və təhlükəsizlik mühitini mükəmməl şəkildə tənzimləyən, xalqı arxasınca aparmağı bacaran güclü və qətiyyətli Liderdir. Düşünülmüş və məqsədyönlü siyasəti ilə regionda, dünyada mövqeyini möhkəmləndirən, siyasi çəkisini, nüfuzunu artıran Azərbaycanın tarixi Zəfərdən sonra beynəlxalq münasibətlər sistemində roluna yeni əlavələr edilir. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Prezident İlham Əliyev deyib: "Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir".

Davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında ölkəmizdə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə əks etdirən Dövlət proqramları müstəsna əhəmiyyət kəsb edir. "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" prinsiplərinin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edib. İqtisadi göstəricilərinə görə islahatçı ölkələr siyahısında öz mövqeyini gücləndirib. İqtisadiyyatın inkişaf dinamikası baxımından dünyada Azərbaycan kimi ölkələrin sayı çox azdır. Qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalara baxmayaraq, ölkəmiz iqtisadi potensialını davamlı şəkildə artırır. Ümumiyyətlə, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar tarixi nailiyyətlərdir. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində vurğulayıb ki, iqtisadi məsələlərə xüsusi diqqət yetirmişik. İqtisadiyyat 3,2 dəfə artıb. Bu, çox böyük göstəricidir. İqtisadi müstəqilliyin təmin olunması Azərbaycanın siyasi müstəqilliyi üçün fundamental amil rolunda çıxış edir. Sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar, yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, infrastruktur, əhalinin sosial rifahının səviyyəsi, habelə normativ-hüquqi qanunvericilik və institusional baza ölkəmizə davamlı inkişafa keçidi mühüm bir məsələ kimi qarşıya qoyur. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər qarşıdakı illərdə Azərbaycanın qüdrətini daha da artıracaq. Bu imkanlar 2030-cu ilə qədər ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan yalnız öz gücünə və güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf gətirib.

Ən əsası, Prezident İlham Əliyevin hər bir çağırışı güclü Azərbaycanın qarşısında geniş imkanlar açır.

Ruslan Məmmədov,

YAP Göygöl rayon təşkilatı üzrə Quşqara kənd ərazi partiya təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Fevral 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri