“Prezident İlham Əliyevə, AFFAya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm” İdmanXəbər
Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“FIFA beynəlxalq təşkilat olaraq, ətraf mühitin və iqlimin qorunmasına ciddi yanaşır. Biz yüksək keyfiyyətli müxtəlif beynəlxalq sertifikatlaşdırılmış layihələrə investisiyalar etməklə iqlimlə bağlı fəaliyyətə dəstək olmaq, eləcə də bu mübarizəyə töhfə vermək məqsədilə proqramlar həyata keçirmişik”.
İdmanxeber.az-ın məlumatına görə, COP29-da iştirak etmək üçün Bakıya gələn FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. Qurum rəhbəri Prezident İlham Əliyev və digər dövlət başçıları, hökumət nümayəndələri ilə planetin, eləcə də futbolun gələcəyi barədə müzakirələr apardığını vurğulayıb:
“Bu tədbirdə iştirak edən hər kəsin ortaq məqsədi var: uşaqlarımız və onların birgə gələcəyi. FIFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 14 Noyabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















