Prezident İlham Əliyevə təşəkkür edirik Kahramanmaraşdakı Azərbaycan məhəlləsinin yeni sakinləri
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kahramanmaraş, 15 iyun, AZƏRTAC
Kahramanmaraş şəhərində inşa edilən Azərbaycan məhəlləsində hökumət tərəfindən püşkatma yolu ilə seçilmiş mənzillə təmin olunan ilk sakinlər artıq yeni evlərinə yerləşməyə başlayıblar.
Yeni sakinlər AZƏRTAC-a açıqlamalarında 2023-cü ilin fevralında baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına göstərilən dəstəyə görə Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına dərin təşəkkürlərini bildiriblər.
Dövlət qulluqçusu Əhməd Metin söyləyib ki, zəlzələ nəticəsində onun da evi ciddi ziyan gördüyü üçün sökülüb və Azərbaycanın dəstəyi ilə ərazidə müasir yaşayış binası inşa olunub.
“Püşkatma ilə ailəmizə dördotaqlı mənzil düşüb. Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə göstərdikləri diqqət və dəstəyə görə dərin minnətdarlığımızı bildirirəm. Qardaş Azərbaycan xalqı zəlzələnin ilk günlərindən bizim yanımızda oldu. Bu dəstəyi heç vaxt unutmayacağıq”, – deyə o vurğulayıb. Ə.Metin yeni ünvanda kommunal qeydiyyat işləri başa çatdıqdan sonra oraya daimi köçəcəyini bildirib.
Azərbaycan kvartalında üçotaqlı mənzilə sahib olan iş adamı Musa Kuş da ölkəmizə və Prezident İlham Əliyevə səmimi təşəkkürünü ifadə edib.
O bildirib ki, yeni yaşayış kompleksinin tikildiyi ərazi əvvəllər ona məxsus torpaq sahəsi olub. “Püşkatma yolu ilə mənə düşən yeni mənzil çox gözəl və rahatdır, terraslıdır. Bizi çətin anlarda tək qoymayan qardaş Azərbaycana, ölkə rəhbərlərinə təşəkkürümü bildirirəm. Hamımız Prezident İlham Əliyevə səmimi minnətdarlığımızı çatdırırıq”, – deyə M.Kuş qeyd edib. O, artıq əşyalarını yeni evə köçürdüyünü və yaxın günlərdə tam yerləşəcəyini söyləyib.
Məlumata görə, fəlakət zonasından köçürülən ailələr üçün nəzərdə tutulmuş bəzi mənzillər artıq tam mebel və məişət texnikası ilə təchiz olunub.
Qeyd edək ki, layihənin Azərbaycan tərəfdən icrasına Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi, Türkiyə tərəfdən isə Mənzil İnşaatı İdarəsi cavabdehdir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kahramanmaraş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 İyun 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















