Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi möhtəşəm inkişaf, yüksəliş və uğurlar dövrüdür

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi möhtəşəm inkişaf, yüksəliş və uğurlar dövrüdür

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Çağdaş beynəlxalq münasibətlər sisteminin reallıqları göstərir ki, dövlətin uğurları, inkişafı və qlobal səviyyədə ehtiramla qarşılanması ona rəhbərlik edən şəxsin siyasi keyfiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanın 1993-cü ildən sonrakı tarixi güclü siyasi liderlərin dövlətin taleyindəki rolu barədə ətraflı fikir yürütməyə imkan verir.

Məhz Heydər Əliyev 1993-cü ildə xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan bütün problemlərdən xilas oldu, müstəqilliyimizin itirilməsinin qarşısı alındı. Ulu Öndər görkəmli siyasi xadimi kimi dövlətimizin etibarlı təməllərini yaratdı, inkişaf yollarını müəyyən etdi. Dövlətimiz qarşısındakı xidmətlərinə görə Heydər Əliyev xalqımızın Ümummilli Liderinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin müdirkliyi, şəxsiyyətinin böyüklüyü və siyasi uzaqgörənliyi həm də onda idi ki, siyasi kursunun varisliyini, güclü dövlətçilik təliminin ardıcıllığını da layiqincə təmin etdi. 2003-cü ilin prezident seçkilərindən bir qədər əvvəl Ulu Öndər xalqımıza müraciətində həmvətənlərimizi cənab İlham Əliyevii dəstəkləməyə çağıraraq demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ilin oktyabrın 15-də keçirilmiş prezident seçkilərində xalqımızın yüksək etimadını qazanaraq öz missiyasına başlayan Preziden İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə həyata keçirməyə başladı. Təsadüfi deyil ki, cənab İlham Əliyevin seçkilər öncəsi xalqa verdiyi vədlər vaxtından da tez yerinə yetirildi, sosial-iqtisadi inkişafla bağlı qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirildi.

Cənab İlham Əliyev 2008, 2013, 2018 və 2024-cü ildə keçirilən prezident seçkilərində də xalqımızın etimadına layiq görüldü. Təbii ki, hər bir seçkidəki qələbənin kökündə mühüm siyasi və iqtisadi amillər dayandı. Bu baxımdan ötən 22 ilin reallıqları göstərir ki, möhtərəm İlham Əliyevin hər bir prezidentlik dövrü Azərbaycanın müasir müstəqillik tarixinə möhtəşəm uğurların yazılması ilə əlamətdar olub.

Ötən 22 il ərzində Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin enerji siyasətini layiqincə davam etdirərək, onun qarşısında dayanan hədəflərə çatmasını təmin edib. Vaxtilə Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində həyata vəsiqə alıb. Cənab İlham Əliyev həm də “Cənub Qaz Dəhlizi”nin yaradılmasına nail olmaqla Heydər Əliyevin enerji siyasətini yeni mərhələyə yüksəldib, regionun enerji xəritəsinə ciddi dəyişikliklər edib. Təsadüfi deyil ki, bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyi müzakirələrində aparıcı mövqeyə malik dövlət kimi tanınır.
Bununla yanaşı, Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi əsas coğrafi məkandır. Bu gün respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərindəki iştirak səviyyəsi bir daha Prezident İlham Əliyevin müdrik siyasətindən, respublikamızın milli maraqlarını layiqincə təmin etməsindən xəbər verir.

Bütövlükdə, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq bütün dünya Azərbaycan regionun aparıcı dövləti kimi tanınır. Respublikamızhəm də beynəlxalq münasibətlər sisteminin söz sahibiolan üzvüdür. Bunu Azərbaycanın beynəlxalq problemlərin həllində yaxından iştirakı, mədəniyyətlər və sivilizasiyalararası dialoqa layiqli töhfələrməsi də təsdiq edir. Dünyada tolerantlıq ünvanı kimi tanınan ölkəmiz cənab Prezident İlham Əliyevin xidmətləri sayəsində həm də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilib.
Bütövlükdə Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm inkişaf, yüksəliş və uğurlar dövrüdür. Bu inkişaf və əldə edilən uğurlar ilk növbədə dövlətin və xalqın milli maraq və mənafelərinin təmin olunmasına xidmət edib.

Onu da vurğulayım ki, Prezident İlham Əlyivin respublikamıza müdrik rəhbərliyinin ən böyük hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Dövlətimizin başçısı artıq həllini tapmış Qarabağ problemi ilə bağlı aparılmış danışıqlarda hər zaman prinsipial mövqe tutdu, bütün təzyiqlərə sinə gərdi, heç bir güzəşt təşəbbüsünü yaxına buraxmadı. Buna görə xalqımız hər zaman inanırdı ki, cənab İlham Əliyev mütləq torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək. Xalqımızın bu inamı Vətən müharibəsində reallığa çevrildi.

Həm 44 günlük Vətən müharibəsinin, həm də bir günlük anti-terror əməliyyatlarının qələbə ilə başa çatması Prezident İlham Əliyevin qətiyyətli siyasi kursunun nəticəsidir. Bütün bunlar təsdiq edir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli rəhbərliyi ilə respublikamız bundan sonrada bütün hədəflərinə layiqincə çatacaq. Bu yolda vəşərəfli missiyanın həyata keçirilməsində isə cənab Prezident İlham Əliyevə uğurlar arzu edirik.

SƏBİNƏ SALMANOVA,
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Oktyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri