Icma.az
close
up
RU
Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu ölkəmizi daha da gücləndirir

Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu ölkəmizi daha da gücləndirir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi, ikinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda nəqliyyat və enerji əlaqələrinin bərpası Azərbaycanın regional geosiyasi mövqeyini daha da gücləndirib. Qarabağ münaqişəsinin həlli Azərbaycanın enerji infrastrukturunun təhlükəsizliyini təmin edib. Bu gün Azərbaycan imkanlarını daha da genişləndirərək Avropa ilə Asiya arasında etibarlı tranzit habına çevrilməkdədir. Yəni Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan "Şərq-Qərb" marşrutu üzrə etibarlı tranzit ölkədir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanın bugünkü reallıqlarına nəzər salanda görürük ki, ölkəmiz, sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutub. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf amilinə çevrilib. 

Xüsusilə qeyd edək ki, Prezident İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. Azərbaycan Prezidenti hər zaman qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürür və bu gün də onun təşəbbüsü ilə reallaşan transmilli layihələr ölkəmizə iqtisadi-siyasi dividendlər qazandırır. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, İlham Əliyevin də dünyada şəxsi nüfuzunun artmasına gətirib çıxarıb. Azərbaycanın enerji siyasəti ölkəyə həm regional, həm də beynəlxalq səviyyədə siyasi güc və nüfuz qazandırır. Həmçinin Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsinə şərait yaradır, Avropanın enerji təhlükəsizliyində əsas oyunçu kimi yer almasına imkan verir, eyni zamanda Avrasiyada effektiv əməkdaşlıq və rəqabət əlaqələrinin qurulmasına səbəb olur. Coğrafi və geosiyasi baxımdan mühüm bir mövqedə yerləşən Azərbaycan həm Avropa, həm də Mərkəzi Asiya istiqamətində fəal və balanslaşdırılmış xarici siyasət yürüdür. Bu siyasət bir neçə əsas istiqamətdə özünü göstərir - Azərbaycan Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində fəal iştirak edir. Enerji sahəsində strateji tərəfdaşdır - xüsusilə "Cənub qaz dəhlizi" vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bir sıra Avropa ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələr inkişaf etdirilir. Mərkəzi Asiya ölkələri ilə əlaqələrə gəlincə, Azərbaycan türkdilli dövlətlərlə, xüsusilə Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistanla sıx əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvüdür və bu platformada Mərkəzi Asiya ölkələri ilə münasibətləri daha da dərinləşdirir. Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) vasitəsilə Mərkəzi Asiya ilə iqtisadi və nəqliyyat əlaqələri gücləndirilir.

Onu da qeyd edək ki, ölkəmiz heç bir qütbdən tam asılı olmadan həm Avropa, həm də Asiya ilə qarşılıqlı faydalı münasibətlər qurmağa çalışır. Bu siyasət həm ölkənin iqtisadi maraqlarını təmin edir, həm də regional sabitliyə töhfə verir. Azərbaycanın enerji sahəsində həm Avropa, həm də Mərkəzi Asiya istiqamətində yürüdüyü siyasət ölkənin xarici əlaqələrinin və iqtisadi inkişafının əsas dayaqlarından biridir. Ötən il avqustun 9-da Prezident İlham Əliyevin Qazaxıstana səfər edib Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq kimi iştirak etməsi, bu toplantıda təkliflər səsləndirməsi də bir daha göstərdi ki, Azərbaycanın Avrasiya məkanında nüfuzu getdikcə yüksəlir. Bu, həm də dövlət başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir. Görüşdə çıxış edən İlham Əliyevin son iki ildə Mərkəzi Asiya ölkələrinə 16 səfər etməsi, bu regionun dost və qardaş ölkələrinin liderlərinin Azərbaycana səfərlər etmələri ilə bağlı fikirləri də diqqətçəkən məqam oldu. Bu, ilk növbədə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əmakdaşlığa, münasibətlərin inkişafına verdiyi önəmin göstəricisidir. Əlbəttə ki, bu səfərlər zamanı aparılan danışıqlar, imzalanan sənədlər, əldə olunan razılaşmalar müxtəlif istiqamətlərdə əlaqələrin daha da şaxələnməsi üçün real zəmin yaratdı. Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın əməkdaşlığı dərinləşdikcə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti bir qədər də artacaq. Çünki bu gün Asiyadan Avropaya və ya əksinə işləyən marşrutların ən qısa yolu Azərbaycandan keçir. Ölkəmiz isə bu imkanlarını daha da genişləndirməklə dəhlizin cəlbediciliyini artırır. Bu imkanları İlham Əliyev bir daha Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşündə diqqətə çatdırmışdır. 

ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda imzalanan Birgə Bəyannaməyə əsasən deyə bilərik ki, artıq Zəngəzur dəhlizi ("Tramp yolu") reallaşmaq üzrədir. Bu dəhlizin fəaliyyətə başlaması Orda dəhlizin fəaliyyətinə müsbət impuls verəcək. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat körpüsü statusuna rəsmən sahiblənəcək. Onu da vurğulayaq ki, Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əməkdaşlıq yalnız tranzit daşımalarla məhdudlaşmır. Bu gün tranzit yüklər Azərbaycan vasitəsilə Avropaya çatdırılır. Növbəti mərhələ isə Mərkəzi Asiya respublikalarında istehsal olunan alternativ enerjinin Azərbaycan ərazisindən Avropaya ixracını təmin etməkdən ibarətdir. Qara dənizin dibi ilə Şərqi Avropaya elektrik enerjisinin ixracını həyata keçirməklə Azərbaycan yenə də mühüm tranzit ölkə olacaq. Avropa İttifaqı texniki əsaslandırma işləri üçün 2,5 milyon dollar vəsait ayırıb. Dünya Bankı isə layihənin reallaşmasına 75 milyon dollar ayırmaq niyyətini açıqlayıb.

Ən əsası, Asiya ilə Avropa arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan "Rəqəmsal İpək yolu" əhəmiyyətli inkişaf layihəsidir. Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsini nəzərdə tutan bu layihə regionda rəqəmsallaşma və rabitə xidmətlərinin inkişafına mühüm töhfə verəcək. 

Anar Süleymanov,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Avqust 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri