Prezident İlham Əliyevin Daşkəndə səfəri regional dialoqa təkan verir Özbək politoloq
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Daşkənddə keçirilən Məşvərət görüşünə dəvət olunması ictimaiyyətdə müsbət reaksiya doğurub.
Bu sözləri APA-ya açıqlamasında Daşkənd Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Politologiya kafedrasının professoru, tarix elmləri doktoru Ranoxon Tursunova deyib.
Onun sözlərinə görə, bu format ölkələr arasında etimadın gücləndirilməsi, regional dialoqun genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın praktiki müstəviyə keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycanın toplantıda iştirakı təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat infrastrukturu və humanitar sahələr kimi kritik istiqamətlərdə fikir mübadiləsinin və birgə fəaliyyətin koordinasiyasının yeni imkanlarını açır. Dəyişkən qlobal geosiyasi şərait fonunda regional inteqrasiyanın gücləndirilməsi Mərkəzi Asiyada sabitlik və dayanıqlı inkişafın təmin olunmasında əsas amillərdən birinə çevrilir,” - deyə o, əlavə eidb.
Özbək politoloq qeyd edib ki, Prezident İlham Əliyevə ünvanlanan dəvət, bölgədə konstruktiv dialoqun dərinləşdirilməsi və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində strateji əhəmiyyətli addımdır: “Bu təşəbbüs həm də formalaşmaqda olan çoxqütblü beynəlxalq nizam və regional təhlükəsizlik baxımından mühüm siyasi siqnal hesab olunur.”
Baxış sayı:51
Bu xəbər 15 Noyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















