Icma.az
close
up
RU
“Prezident İlham Əliyevin mesajları xain və bədxah dairələrdə ciddi təşvişə səbəb olub” Fərid Şahbazlı

“Prezident İlham Əliyevin mesajları xain və bədxah dairələrdə ciddi təşvişə səbəb olub” Fərid Şahbazlı

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın daxili və xarici siyasətinin əsas prioritetləri, iqtisadi və sosial inkişaf, Türk Dövlətləri Təşkilatının perspektivləri, Qərbi Azərbaycana qayıdışla bağlı suallara cavab vererkən bir sıra mühüm mesajlar verib. Cənab Prezidentin müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının tutduğu mövqe ilə bağlı sərrast fikirləri, xəbərdarlıqları daxili və xarici auditoriyada böyük maraq doğurmaqla yanaşı, ölkəmizə düşmən kəsilən bəzi xain və bədxah dairələrdə ciddi təşvişə səbəb olub”.
Demokrat.az xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi, regionda yaranan yeni siyasi reallıqlar, Ermənistanın silahlanması, erməni siyasi dairələrində tez-tez səsləndirilən revanşist çıxışlar Prezidentin gündəmində idi: “Cənab Prezident bütün bu məsələlərə özünün sabit, davamlı və konkret münasibətini bir daha ortaya qoyaraq, xəbərdarlıq etdi. Dövlət başçısı konkret şəkildə bildirdi ki, müstəqil Ermənistan dövləti əslində, faşist dövlətdir. Prezident bildirdi ki, əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar və elə bir faşist dövlətlə biz qonşuyuq. Azərbaycan lideri haqlı olaraq, bəyan etdi ki, Ermənistan tərəfindən faşizm təhlükəsi sovuşmur və bu faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik”.
Fərid Şahbazlı bildirib ki, Fransa ilə münasibətlər də dövlət başçısının diqqət mərkəzində idi. Prezident rəsmi Parisin bitib-tükənməyən Azərbaycanfobiya siyasətinə də konkret və sərt reaksiya verdi:
“Cənab Prezident bildirdi ki, Fransa prezidenti Azərbaycana qarşı növbəti dəfə cəfəng ittihamlar irəli sürüb. O qeyd etdi ki, görünür ki, Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Cənab Prezident haqlı olaraq Fransanın Azərbaycanın bu ölkənin daxili işlərinə müdaxiləsi ilə bağlı iddialarını rədd etdi. O qeyd etdi ki, özlərini böyük dövlət adlandıran bir prezidentin uzaqda – Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkməsi ilə bağlı açıqlaması reallıqdan və adekvatlıqdan tamamilə uzaqdır”.
Siyasi şərhçi bildirib ki, Cənab İlham Əliyev qonşu İranda tez-tez səsləndirilən anti-Azərbaycan çıxışlara, xüsusilə bu yaxınlarda Ərdəbil məscidi axundunun Azərbaycan və Türkiyə ilə bağlı sərsəm fikirlərinə olduqca sərt və adekvat mövqe ortaya qoyub: “İranda Azərbaycana qarşı mütəmadi təşkil edilən hücumların İİR-nın dövlət siyasətinin tərkib hissəsi olma ehtimalı olduqca yüksəkdir. Bu baxımdan Cənab Prezidentin Ərdəbil məscidi axundunun sərsəmləmələri ilə bağlı ünvanladığı suallar tamamilə dəqiqdir. Təsadüfi deyil ki, ölkə başçısı İran rəhbərliyinə müraciət edərək sual etdi ki, Azərbaycana qarşı davamlı təhqirlər yağdıran əyalət mollasını vəzifəyə kim təyin edib, onun təhqirlərinin dövlət tədbirində və televiziyasında yayınlanmasına kim imkan yaradıb? Prezident açıq formada qeyd etdi ki, Ərdəbildə təşkil edilən tədbirdə həm Türkiyə, həm Azərbaycana qarşı təhqirlərə yol verilib. O prinpial formada tələb etdiki, əyalət mollası üzr istəməli və qovulmalıdır”.
Fərid Şahbazlı qeyd edib ki, dövlət başçısı xalqı narahat edən bu və digər problemlərə çox ətraflı, detallı şəkildə şərh verməklə, həm öz, həm də Azərbaycan Respublikasının prinsipial mövqeyini ortaya qoydu. Siyasi şərhçinin sözlərinə görə, həmin mövqenin əsas parametrləri ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasət kursu həyata keçirir. Dövlət başçısının mövqeyindən aydın olur ki, Azərbaycan öz qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir, yox, əgər onlar bunu istəmirlərsə, qarşılığını artıqlaması ilə alacaqlar: “Azərbaycan Avropa dövlətləri və Avropa təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Lakin Avropa dövlətləri bundan sonra da Azərbaycana yuxarıdan aşağıya baxacaqlarsa, ölkəmizin ünvanına çirkin qarayaxmaları, cinayətkar Ermənistanı silahlandırmağı və himayə etməyi davam edəcəklərsə, o zaman onlarla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Hər halda bu gün Azərbaycanın Avropaya deyil, Avropanın Azərbaycana olan ehtiyacı göz qabağındadır. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan hazırda 12 xarici ölkəyə qaz ixrac edir. Onların arasında Avropa ölkələrinin sayı 10, Avropa İttifaqı üzvü olan ölkələrin sayı isə 8-dir. Düşünürəm ki, bu faktın özü çox şey deyir”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Yanvar 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri