Icma.az
close
up
RU
Prezident İlham Əliyevin “Rossiya Seqodnya müsahibəsi dünyaya bir mesaj idi

Prezident İlham Əliyevin “Rossiya Seqodnya müsahibəsi dünyaya bir mesaj idi

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici mediya jurnalistlərinə verdiyi müsahibələr artıq bir ənənəyə çevrilib. 17 dekabr 2024-cü il tarixdə ölkə başçısı növbəti müsahibəni Rusiyanın Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdi. Müsahibə bir sıra vacib geosiyasi məsələlərin müzakirəsi və ölkənin regional siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqətəlayiq hadisə oldu. Müsahibə zamanı Prezident Əliyev regional sabitlik, enerji təhlükəsizliyi, Ermənistanla münasibətlər, Zəngəzur dəhlizinin açılması və Azərbaycanın beynəlxalq platformalardakı mövqeləri ilə bağlı əhəmiyyətli mesajlar verdi.

Dövlət başçısı müsahibədə xüsusilə Qərbi Azərbaycan və soydaşlarımızın taleyi haqqında mövqeyini bildirdi. Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran cənab Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki: “Qərbi Azərbaycan İcması qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq hələ də sağalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir. Beləliklə, indi vəziyyət bundan ibarətdir.” Bu fikirlər bir daha sübut edir ki, Cənab İlham Əliyevin hücum xarakterli diplomatiyasında Qərbi Azərbaycan faktoru prioritet təşkil edir. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb.

Dövlət başçımız müsahibəsində Azərbaycanın regional sülhün təminatına yönəlmiş siyasətini bir daha vurğuladı. O, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara diqqət çəkərək, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha təsdiqlədi. Prezident, sülh müqaviləsinin bağlanmasının vacibliyini qeyd edərək, bunun bütün Cənubi Qafqaz üçün sabitliyin təmin olunmasında əsas faktor olduğunu bildirdi.

Verdiyi müsahibədə dünya enerji bazarında Azərbaycanın strateji roluna toxunan Prezident İlham Əliyev, ölkənin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması ilə bağlı təşəbbüsləri haqqında məlumat verdi. Xüsusilə, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası və Avropanın enerji təhlükəsizliyinə töhfələr Azərbaycanın qlobal enerji siyasətindəki əhəmiyyətini bir daha nümayiş etdirir. Prezident qeyd etdi ki, Azərbaycan enerji ixracını şaxələndirmək və tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaqda maraqlıdır. Prezident Cənab İlham Əliyev Zəngəzur dəhlizinin reallaşdırılmasının təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bildirdi ki, bu dəhlizin açılması bölgədə iqtisadi əməkdaşlığın genişlənməsi və beynəlxalq nəqliyyat marşrutlarının inkişafı baxımından strateji önəm kəsb edir.

Müsahibə zamanı Prezident Əliyev regional sabitlik, Ermənistanla münasibətlər, Azərbaycanın beynəlxalq platformalardakı mövqeləri ilə bağlı əhəmiyyətli mesajlar verdi. Ermənistanla münasibətlərə, ölkəmizin məruz qaldığı ikili standartlara xüsusilə diqqət çəkərək bir çox mühüm məsələlərə aydınlıq gətirdi. Prezidentin bu müsahibəsi həm də dünyaya bir mesaj idi. Bu müsahibə, Azərbaycanın sülhsevər və konstruktiv siyasətini, eyni zamanda, milli maraqlarını qorumaq istiqamətində qətiyyətli addımlar atmaq əzmində olduğunu bir daha təsdiq edir. Azərbaycanın gələcək hədəfləri, regional əməkdaşlıq və qlobal enerji təhlükəsizliyi sahəsində aparıcı rolu bu müsahibədə geniş şəkildə əksini tapdı.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri