Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Şərqi Zəngəzurda müasir şəhərsalma və məskunlaşma siyasəti ŞƏRH

Prezident İlham Əliyevin Şərqi Zəngəzurda müasir şəhərsalma və məskunlaşma siyasəti ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 may, AZƏRTAC

Şərqi Zəngəzur regionu bu gün Azərbaycanın strateji baxımdan ən vacib istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin Zəngilana, xüsusilə də Ağalıya və digər yaşayış məntəqələrinə növbəti səfərləri bunun daha bir göstəricisidir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

Nigar Arpadarai bildirib ki, Zəngilan rayonu və ümumilikdə Şərqi Zəngəzur 30 ilə yaxın müddətdə işğal altında olmuş və Azərbaycanın nəzarətindən kənarda qalmış bir region idi. Bu gün isə azadlıqdan sonra həmin ərazilərin bərpası, yenidən qurulması və inkişafı ilə onların əhəmiyyəti sürətlə artır.

“Hazırda bu region ətrafında bir sıra böyük strateji təşəbbüslər formalaşır. Təbii ki, onların ən böyüyü Zəngəzur dəhlizidir — Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat xətti. Amma daha geniş mənada baxsaq, bu bölgə bütün regional ticarət və logistika üçün mühüm əhəmiyyət daşıyır”, - deyə Nigar Arpadarai əlavə edib.

Milli Məclisin deputatı qeyd edib ki, bu ərazilər Türkiyə ilə əlavə və effektiv nəqliyyat bağlantılarının qurulması baxımından vacibdir. Eyni zamanda, İranla əməkdaşlıq və ticarət üçün önəmli platformadır. Hətta gələcəkdə Azərbaycanın Yaxın Şərq bazarlarına çıxışı baxımından da ciddi potensiala malikdir.

“Bu səbəbdən regionun bərpası, insanların orada yenidən yaşaması və işləməsi ilə yanaşı, onun tranzit və nəqliyyat statusunun yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır.

Əgər diqqət yetirmisinizsə, Prezident də məhz buna görə Şərqi Zəngəzur regionuna çox böyük diqqət ayırır”, - deyə N.Arpadarai vurğulayıb.

Nigar Arpadarai qeyd edib ki, maraqlı məqamlardan biri də odur ki, hər region üçün fərqli memarlıq və üslub yanaşması seçilib. “Məsələn, Zəngilanda tikilən yaşayış kompleksləri müəyyən qədər Aralıq dənizi bölgəsinin memarlığını xatırladır. Burada daha çox ağ rəngli, aşağı mərtəbəli və estetik baxımdan rahat görüntüyə malik binalar inşa edilib.

Eyni yanaşmanı digər şəhərlərdə də görürük. Şuşa tam şəkildə tarixi simasına uyğun şəkildə bərpa olunur. Ağdamda ağ rəng dominant memarlıq elementinə çevrilib. Zəngilanda isə artıq özünəməxsus yeni bir üslub və şəhər kimliyi formalaşır.

Ən gözəl tərəfi də budur ki, uzun illər dağıntı yaşamış bu bölgələrin hər biri indi öz simasını və öz memarlıq üslubunu yenidən qazanır. Və bu üslub həm tarixi irsə söykənir, həm də müasirlik və innovasiya ilə düzgün şəkildə birləşdirilir”, - deyə Nigar Arpadarai əlavə edib.

Müxbir - Pərvanə Qafarova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 May 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri