Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Slovakiya bəyanatı: Strateji tərəfdaşlığın yeni mərhələsi

Prezident İlham Əliyevin Slovakiya bəyanatı: Strateji tərəfdaşlığın yeni mərhələsi

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Slovakiyaya səfəri çərçivəsində Prezident cənab İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin strateji məzmununu, bu tərəfdaşlığın regional və qlobal kontekstdə əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, Slovakiya və Azərbaycan təkcə dost ölkələr deyil, eyni zamanda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş iki müttəfiqdir.

Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətləri ən yüksək mərhələyə daşımaqla, iki ölkə arasında bütün istiqamətlər üzrə praktik, sistemli və dinamik əməkdaşlığa şərait yaradıb. Bu gün birgə iqtisadi işçi qrupun fəaliyyəti genişlənir, müxtəlif sahələr üzrə müştərək komandalar ardıcıl şəkildə layihələr üzərində çalışır.
Ənənəvi əməkdaşlıq sahələrindən olan energetika iki ölkə münasibətlərinin əsas dayaqlarından biri olaraq qalır. Azərbaycan qazının bir il əvvəl ilk dəfə Slovakiyaya nəqli bu tərəfdaşlığın konkret nəticəsidir və Bakı Slovakiyanın ehtiyac duyduğu istənilən həcmdə enerji resurslarını təmin etmək potensialına malikdir.

Azərbaycanın zəngin təbii qaz yataqları, hazırkı 25 milyard kubmetrlik illik ixrac gücü və xüsusilə Avropa İttifaqına üzv 8 ölkənin Azərbaycan qazından yararlanması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu təsdiqləyir. Yeni yataqların istismarı ilə həm Slovakiyaya, həm də region ölkələrinə qaz təchizatının daha da genişləndirilməsi mümkün olacaq.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları da qarşıdakı illərin perspektiv xəttini müəyyən edir.Azərbaycan bu əməkdaşlığı hərbi məqsədlər üçün deyil, sənaye və texnoloji inkişaf baxımından qiymətləndirir. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə sintezi rəqabətədavamlı məhsulların istehsalına, bu məhsulların dünya bazarlarına çıxışına şərait yarada bilər. Prezident İlham Əliyev müharibələrin Azərbaycanın geridə qoyduğu bir mərhələ olduğunu vurğulayaraq, bu əməkdaşlığın mahiyyətinin sırf iqtisadi və texnoloji inkişaf olduğunu xüsusi qeyd etdi. Azərbaycanın Zəfər Gününün beşinci ildönümündə Slovakiyanın yüksək səviyyəli nümayəndə heyətinin iştirakı isə iki ölkə arasında siyasi etimadın və dostluğun əyani təzahürüdür.


Slovakiyanın uğurlu inkişaf modeli, xüsusilə müstəqil xarici siyasət kursu Azərbaycanda yüksək qiymətləndirilir. Buna görə ölkənin bəzi hallarda müəyyən təzyiqlərlə üzləşməsi, lakin istiqamətindən dönməməsi Prezident cənab İlham Əliyevin sözləri ilə desək, həm bölgədə, həm də geniş coğrafiyada Slovakiya rəhbərliyinə böyük hörmət qazandırıb.


Azərbaycanın xarici siyasət prioritetləri uzun illərdir ki, ardıcıl və prinsipial şəkildə həyata keçirilir. Bu gün ölkəmiz Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayır, nəqliyyat və logistika infrastrukturuna edilmiş sərmayələr sayəsində Orta Dəhlizin ən vacib seqmentinə çevrilib. Orta Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz və səmərəli marşrut məhz Azərbaycan ərazisindən keçir. Prezidentin bəyanatında Slovakiya–Azərbaycan əlaqələrinin inkişafında nəqliyyat və bağlantı sahəsinin xüsusi prioritet olaraq nəzərdə tutulması bu istiqamətdə geniş əməkdaşlıq imkanlarının açıq olduğunu göstərir.


Eyni zamanda, informasiya texnologiyaları və data mərkəzləri üzrə tərəfdaşlıq perspektivləri də yeni əməkdaşlıq xəttidir. Azərbaycanın istifadə olunmayan enerji potensialının yaxın beş ildə 8 giqavata çatdırılması, həmçinin ölkənin müxtəlif bölgələrinin iqlim xüsusiyyətləri beynəlxalq data mərkəzləri üçün optimal şərait yaradır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, enerji və sərin iqlim data mərkəzlərinin fəaliyyətinin əsas amilləridir və bu kontekstdə Slovakiya şirkətləri ilə əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanır.
Ümumilikdə, Prezident cənab İlham Əliyevin Slovakiyada səsləndirdiyi tezislər iki ölkə arasında münasibətlərin təkcə mövcud səviyyəsini deyil, həm də yaxın illərdə açılacaq yeni strateji istiqamətləri müəyyən edir. Enerji, nəqliyyat, müdafiə sənayesi, yüksək texnologiyalar və sənaye kooperasiyası kimi sahələrdə əməkdaşlıq Azərbaycan–Slovakiya tərəfdaşlığını Avratlantik və Avrasiya məkanında dayanıqlı, çoxölçülü və strateji əhəmiyyətli modelə çevirir.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri