Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Şuşadan verdiyi strateji mesajlar

Prezident İlham Əliyevin Şuşadan verdiyi strateji mesajlar

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir dövrdə qlobal informasiya mühiti sürətlə dəyişir, beynəlxalq münasibətlər sistemində yeni çağırışlar meydana çıxır, informasiya təhlükəsizliyi və obyektiv xəbərlərin cəmiyyətlərə çatdırılması strateji əhəmiyyət daşıyan məsələlərdən birinə çevrilir. Belə bir şəraitdə Azərbaycanın təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu artıq beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzində olan nüfuzlu platforma kimi öz mövqeyini möhkəmləndirib. Forumun hər il artan beynəlxalq nüfuzu onu göstərir ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal informasiya məkanında mühüm söz sahibi kimi çıxış edir.

IV Şuşa Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı və beynəlxalq media nümayəndələrinin suallarını açıq, səmimi və əsaslandırılmış şəkildə cavablandırması forumun ən mühüm hadisəsi kimi yadda qaldı. Dövlət başçısının çıxışı təkcə Azərbaycanın mövqeyinin izahı deyil, həm də regionun gələcək inkişaf perspektivlərinə, beynəlxalq əməkdaşlığa, informasiya təhlükəsizliyinə və sülh gündəliyinə dair mühüm siyasi mesajların təqdimatı oldu.

Şuşada belə mötəbər forumun keçirilməsi təsadüfi deyil. Azərbaycan xalqının tarixi və mədəniyyətinin ayrılmaz hissəsi olan Şuşa bu gün azadlığın, milli qürurun və dövlətin qüdrətinin rəmzinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Şuşanı beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzə çevirib. Bu gün burada keçirilən beynəlxalq forumlar Azərbaycanın artan nüfuzunun və güclənən mövqeyinin göstəricisidir.

Prezident İlham Əliyev forum zamanı çıxışında Azərbaycanın müstəqil xarici siyasət kursunun əsas prinsiplərini bir daha diqqətə çatdırdı. Dövlətimizin milli maraqlara əsaslanan siyasəti, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və regionda davamlı sülhün təmin olunması Azərbaycanın dəyişməz prioritetləri kimi təqdim olundu. Bu yanaşma ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırır.

Forum çərçivəsində dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, işğaldan azad olunmuş ərazilərdə ən müasir standartlara uyğun şəhərlər və kəndlər salınır, avtomobil və dəmir yolları, hava limanları, enerji və kommunikasiya infrastrukturu yaradılır. "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin uğurla icrası, yaşıl enerji konsepsiyasının tətbiqi və Böyük Qayıdış Proqramının həyata keçirilməsi Azərbaycanın bu torpaqlarda uzunmüddətli inkişaf strategiyasını əks etdirir.

Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə idi. Müasir dövrdə informasiya müharibələrinin dövlətlərarası münasibətlərə ciddi təsir göstərdiyini qeyd edən dövlət başçısı obyektiv və məsuliyyətli jurnalistikanın əhəmiyyətini vurğuladı. Həqiqətin təhrif olunmasının beynəlxalq münasibətlərə mənfi təsir göstərdiyini bildirən Prezident İlham Əliyev peşəkar medianın cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırdı.

Forum zamanı beynəlxalq media nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması Azərbaycanın şəffaf informasiya siyasətinin növbəti təzahürü oldu. Prezident İlham Əliyev regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat layihələri, enerji təhlükəsizliyi, sülh prosesi və digər aktual məsələlərlə bağlı ölkəmizin mövqeyini aydın və əsaslandırılmış şəkildə beynəlxalq auditoriyaya çatdırdı. Bu dialoq Azərbaycanın açıq və konstruktiv əməkdaşlığa daim hazır olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələrinin regionun inkişafına verdiyi töhfələr də forumda xüsusi diqqət mərkəzində idi. Dövlət başçısı qeyd etdi ki, ölkəmiz uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Eyni zamanda Orta Dəhlizin inkişafı, Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiə olunması, müstəqil siyasət kursunun uğurla davam etdirilməsi və regional əməkdaşlığın inkişafına verilən önəm bir daha nümayiş etdirildi. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın gələcəyə hesablanmış strateji baxışının, güclü siyasi iradəsinin və milli maraqlara söykənən dövlət siyasətinin bariz ifadəsi idi.

IV Şuşa Qlobal Media Forumu bir daha təsdiq etdi ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq media dialoqunun, qlobal fikir mübadiləsinin və etibarlı informasiya əməkdaşlığının mühüm platformalarından birinə çevrilib. Buradan dünyaya verilən mesajlar beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır və regionda formalaşan yeni reallıqların daha düzgün anlaşılmasına xidmət edir.

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın siyasi, iqtisadi və diplomatik uğurlarını beynəlxalq ictimaiyyətə təqdim etməklə yanaşı, ölkəmizin sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini bir daha nümayiş etdirdi. Şuşadan verilən bu strateji mesajlar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, milli maraqlarının qətiyyətlə müdafiəsinə və regionda davamlı inkişafın təmin olunmasına xidmət edən mühüm siyasi çağırışlar kimi tarixdə öz yerini tutacaqdır.

Anar Məmmədov

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 İyul 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri