Icma.az
close
up
RU
Menu

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Çaki öldü

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

Xırdalanda mübahisə qanla bitdi: döyüb bıçaqladılar

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Liverpul un təklifinə razıdır

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

Oktyabrda verilməli olan qərar indi açıqlanır Bir gecədə qərar verildi

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı

Prezident İlham Əliyevin “yaşıl” enerji siyasəti

Prezident İlham Əliyevin “yaşıl” enerji siyasəti

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkəmiz qlobal iqlim savaşının önündə qərarlaşıb

XX əsrin sonlarında tarixi müstəqilliyini bərpa edən Azərbaycan Respublikası dünya birliyinin tamhüquqlu üzvü kimi sərbəst iqtisadi siyasət yürütməyə başladı. Xalqın istək və arzusunun ifadəsi olaraq hakimiyyət sükanı arxasına keçən ulu öndər Heydər Əliyev ölkənin gələcək inkişafına zəmin yaratmaq məqsədilə müstəqil enerji strategiyasını müəyyənləşdirdi. Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının işlənməsi üçün dünyanın tanınmış neft şirkətləri ilə tarixi sazişə imza atıldı. Bununla da, gənc Azərbaycan Respublikası dünyada etibarlı enerji tərəfdaşı kimi tanınmağa başlandı.

Ötən müddətdə dünyada mühüm enerji layihələrinin əsas təşəbbüskarı və fəal iştirakçısına çevrilmiş Azərbaycan, həm də bir sıra qlobal çağırışlara qoşulan, bəşəriyyətin xeyrinə olan layihələri yaxından dəstəkləyən ölkə kimi tanınıb. Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Bununla yanaşı, Azərbaycan Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq istilik effekti yaradan qazların emissiyalarının azaldılması ilə bağlı öhdəlik götürüb.

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioriteti müəyyənləşdirilib. Həmin prioritetlərdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi istiqaməti qarşıya yeni vəzifələr qoyub. Elə “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda da elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Bununla yanaşı, Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonası yaradılması niyyəti ifadə olunub. Beləliklə, bir sıra dünya, o cümlədən Avropa ölkələri ilə enerji sahəsində fəal əməkdaşlıq edən Azərbaycan, həm də bəşəriyyətin prioritet elan etdiyi “yaşıl keçid”ə qoşulduğunu uca səslə bəyan edib. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi prioritet vəzifə olaraq irəli sürülüb.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının son iki ildə keçirilən iclaslarında Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin toplantıları da Azərbaycanın ənənəvi enerji resurslarının istehlakı və ixracı ilə yanaşı, öz yüksək potensialı hesabına bərpaolunan enerji istehsalı məsələsinə verdiyi önəmin ifadəsi idi. Sözügedən tədbirlər bu sahədə konseptual məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda, 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ölkəmizin bu sahədə potensialının realizə olunmasını və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsini şərtləndirir.

Azərbaycanın bərpaolunan enerji potensialı isə olduqca yüksəkdir. Son illər bu sahədə aparılmış tədqiqatlar nəticəsində quruda külək və günəş enerjisinin həcminin 27 qiqavatdan çox olması, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin 157 qiqavat təşkil etməsi tam təsdiqini tapıb. Ölkəmizin enerji potensialına isə beynəlxalq maraq getdikcə artır. Bu, həm də Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühitinin məntiqi nəticəsidir. Yeri gəlmişkən, enerji sahəsində düşünülmüş, gələcəyə hesablanmış siyasət yeridən Azərbaycan ötən əsrin əvvəllərində neft-qaz ehtiyatlarının işlənməsi üçün xarici sərmayələrin ölkəyə cəlb edilməsinə nail olduğu kimi, bərpaolunan enerji mənbələrinin də hərəkətə gətirilməsi üçün bu təcrübədən yararlanmağı məharətlə bacardı. Digər tərəfdən, Azərbaycan hökuməti ölkədə “yaşıl” enerji layihələrinə sərmayə qoyan xarici şirkətlərə zəruri dəstək göstərir.

Prezident İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində bu məqama toxunaraq deyib: “Günəş, külək enerjisi layihələrinin Azərbaycanda xarici investorlar tərəfindən həyata keçirildiyini, dövlətin heç bir sərmayə qoymadığını, sadəcə, belə bir potensiala malik olacağını nəzərə alaraq, əlbəttə, biz bu sahəyə daha çox investisiya layihələrində maraqlı idik. Əgər hər hansı bir ölkədən hansısa şirkət maraq göstərərsə, biz də birgə investor ola bilərik. Zənnimcə, bu, investisiyalar üçün yaxşı layihə ola bilər. Çünki indi, elə bugünlərdə, yaxın vaxtlarda, yəqin ki, həftələrdə və ya bir-iki ayda buradan, Azərbaycandan Qara dənizin dibi ilə enerji kabellərinin tikintisinin texniki-iqtisadi əsaslandırılması başa çatacaq. İlkin mərhələdə bu, 4 min meqavatdır, amma Avropa ölkələrinin enerjiyə tələbatını nəzərə alaraq, hətta onların özünün çoxlu investisiya qoymaları baxımından biz bilirik ki, onsuz da bunlara tələbat olacaq. Ona görə də onlara təmiz “yaşıl” enerji mənbələri lazım olacaq. Yəni, bu, yaxşı aparıcı qüvvə ola bilər. Həmçinin Azərbaycanda elektrik enerjisinin daxili qiymətləri elədir ki, bu sektora investisiyalar və şirkətlər üçün istehlakçılara elektrik enerjisinin satışı kommersiya nöqteyi-nəzərindən tamamilə məqbuldur”.

Artıq 5 ilə yaxındır ki, Azərbaycan dünyanın “yaşıl” enerji şirkətləri ilə fəal əməkdaşlıq edir. Məlum olduğu kimi, 2020-ci ilin yanvar ayında Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalanıb. Xatırladaq ki, həmin sənədlər “ACWA Power” şirkəti tərəfindən 240 meqavatlıq külək, “Masdar” şirkəti ilə isə 230 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələri əhatə edir.

2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhali Mazroueinin iştirakı ilə təməli qoyulmuş “Qaradağ” Günəş Elektrik Stansiyası ötən il oktyabrın 26-da istifadəyə verilib. Ölkə energetikasının, enerjisistemin, hələlik, ən böyük “yaşıl” stansiyasının açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir iştirak ediblər. Ötən müddətdə bu nəhəng istehsal müəssisəsindən şəbəkəyə 500 milyon kilovat-saatdan artıq təmiz enerji ötürülüb. Enerji istehsalı nəticəsində 130 milyon kubmetrdən artıq qazın istifadəsinə qənaət edilib, bununla da, 200 min tondan artıq karbon emissiyasının qarşısı alınıb. Azərbaycanda dövlət təminatı olmadan xarici investisiya hesabına icra edilən ilk layihə olan “Qaradağ” Günəş Elektrik Stansiyası 262 milyon dollara başa gəlib ki, bunun da 153,7 milyon dolları “Masdar” şirkətinin öz vəsaitidir. Yerdə qalan 108,3 milyon dollarlıq vəsait isə banklardan alınmış kreditlərin payına düşür.

Bununla yanaşı, 2022-ci il iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Şuşa şəhərində keçirilən forum zamanı Azərbaycanın Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında “yaşıl” enerjiyə dair daha iki saziş imzalanıb. Həmin səndlər isə toplam olaraq 10 qiqavat gücündə enerji güclərinin yaradılmasını nəzərdə tutur. Bu il iyunun 4-də Xəzər neft-qaz sərgisi zamanı həmin sazişlərin reallaşdırılması məqsədilə Prezident İlham Əliyevin iştirakı ilə ümumi gücü 1 qiqavat olan üç böyük layihənin təməli qoyulub. Həmin layihələrə Biləsuvarda 445 meqavatlıq, Neftçalada, Bankə qəsəbəsində 315 meqavatlıq günəş və 240 meqavatlıq Abşeron-Qaradağ külək elektrik stansiyaları daxildir. Artıq 760 meqavat gücündə günəş elektrik stansiyalarının tikintisinə başlanılıb. Biləsuvar və Neftçala günəş elektrik stansiyalarının isə 2026-cı ilin ilk rübündə istifadəyə verilməsi planlaşdırılır. Heç şübhəsiz, bütün bunlar Azərbaycan hökumətinin bərpaolunan enerji sektorunun inkişafına verdiyi əhəmiyyətin göstəricisidir. Dövlət bu sahənin genişlənməsi üçün həm hüquqi bazanı təkmilləşdirib, həm də investisiyaların cəlb edilməsini təşviq edib.

Hazırda ölkəmizdə regionun ən böyük külək elektrik stansiyası layihəsinin icrası da sürətlə davam etdirilir. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən həyata keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli isə 2022-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudin iştirakı ilə qoyulub. Ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən “Xızı-Abşeron” külək elektrik stansiyası layihəsi sənaye həcmli bərpaolunan ilk enerji layihələrindəndir. Səudiyyə Ərəbistanı şirkəti tərəfindən 300 milyon ABŞ dolları hesabına inşa ediləcək bu stansiya, həm də Azərbaycanın ilk ən böyük külək enerji stansiyası olacaq. Burada hər birinin gücü 6,5 meqavat olan 37 ədəd külək turbininin quraşdırılması nəzərdə tutulur. İlkin hesablamalara görə, stansiyada ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə il ərzində 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

“ACWA Power” şirkəti “Xızı-Abşeron” külək elektrik stansiyasından əlavə, Azərbaycanın Energetika Nazirliyi ilə ölkədə 1 qiqavat gücündə yerüstü külək elektrik stansiyasının, 1,5 qiqavat gücündə dəniz külək elektrik stansiyasının tikintisi imkanlarını öyrənilməsi və hidrogen layihələrinin həyata keçirilməsi ilə bağlı memorandum da imzalayıb. Bundan əlavə, “ACWA Power” Azərbaycan hökumətinin Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası yaratmaq təklifinə müsbət cavab verən iki şirkətdən biridir. Belə ki, adı çəkilən şirkət növbəti mərhələdə bu ərazilərdə külək və günəş elektrik stansiyalarının tikintisini məqsədəuyğun hesab etdiyini bildirib. Bütün bunlar isə Səudiyyə Ərəbistanı şirkətinin yaxın illərdə bu istiqamətlərdə də mühüm layihələr həyata keçirəcəyinə inam yaradır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin də alternativ və bərpaolunan enerji potensialı yüksəkdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2021-ci ildən etibarən Qarabağda və Şərqi Zəngəzurda 270 meqavata yaxın gücdə hidroelektrik stansiyalar istifadəyə verilib. Bir neçə ildən sonra isə bu rəqəmin 500 meqavata çatdırılması nəzərdə tutulur.

Adıçəkilən bölgənin günəş və külək enerjisi potensialının hərkətə gətirilməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. “İğaldan azad edilmiş ərazilərində “yaşıl” enerji zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” ölkə Prezidentinin 3 may 2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb, müvafiq konsepsiya sənədi hazırlanıb. Konsepsiyanın məqsədi Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz “yaşıl” enerji ilə təmin etmək, enerji səmərəliliyinə malik “yaşıl” texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bütün bunlar isə nüfuzlu beynəlxalq şirkətləri həmin ərazilərdə bərpaolunan enerji layihələrinə sərmayə yönəltməyə sövq edir.

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm bərpaolunan enerji layihəsi ölkəmizin ənənəvi enerji sahəsində vacib tərəfdaşı olan BP şirkəti tərəfindən həyata keçirilir. Ötən ay COP29 çərçiəsində adı çəkilən şirkətin operatoru olduğu 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının təməliqoyma mərasimi keçirildi. Bununla da, layihə fəal tikinti mərhələsinə qədəm qoydu. Xatırladaq ki, sözügedən stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir.

Qeyd edək ki, “Şəfəq” GES layihəsi ilə bağlı icra müqaviləsi 2021-ci il iyunun 3-də Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanıb. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda inşa ediləcək “Şəfəq” GES-də il ərzində, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da illik 120-150 milyon kubmetr təbii qaza qənaət etmək və 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir. Eyni zamanda, iqtisadi cəhətdən tam əsaslandırılmış bu layihə işə düşdükdən sonra elektrik enerjisi hasil etmək üçün Səngəçal terminalında qazdan istifadəni azaltmağa imkan verəcək. Beləliklə, layihənin icrası həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən SOCAR-ın dekarbonizasiya səylərinə mühüm töhfə verəcək.

2025-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulan “Şəfəq” GES postsovet məkanında ilk ən böyük günəş elektrik qurğusu kimi tarixə düşəcək. Eyni zamanda, Xəzərin coğrafi məkanında ən böyük, eləcə də dünya üzrə ilk beşliyə daxil olan Səngəçal terminalının elektrik təchizatı tam olaraq “yaşıl” enerji hesabına ödəniləcək. Sözügedən stansiyanın səhmdarları olan BP, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti tərəfindən layihəyə, təxminən, 200 milyon ABŞ dolları məbləğində investisiya yatırılması nəzərdə tutulur.

İşğaldan azad olunmuş Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında da günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2 min meqavat həcmində texniki potensialının olması müəyyən edilib. COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Clean Energy Invest LLC və Baltech Green LLC arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu imzalanıb. 3100 metr hündürlükdə həyata keçiriləcək bu unikal layihə çərçivəsində birgə müəssisə yaradılaraq yaxın zamanda ölçmə kampaniyalarına və layihə hazırlıqlarına başlanılacaq. 200-240 meqavat gücündə olan sözügedən stansiyanın isə 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazinin yüksəkliyinin yaratdığı əlverişli şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 meqavatadək artırılması potensialı mövcuddur.

Azərbaycanın “yaşıl” enerji sahəsində həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsi idi ki, ötən ilin dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçeirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında növbəti iqlim tədbirinin (COP29) Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olundu. Ölkəmiz isə COP29 kimi mötəbər tədbirə uğurla ev sahibliyi etməklə qlobal iqlim dəyişikliyi ilə mübarizəyə xüsusi önəm verdiyini, bəşəriyyətin gələcəyinə biganə qalmadığını bir daha təsdiq etdi. Bununla da, dünya iqlim tədbirlərinin Azərbaycan modelinin şahidi oldu.

Dövlətimizin başçısı “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bununla bağlı deyib: “Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə 2-3 gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi. Onları yerləşdirmək, mehmanxana fondunun sertifikatlaşdırılmasını yenidən aparmaq, - belə ki, bizim mehmanxana fondunda bu qədər yer yoxdur, - qonaqların yerləşdirilməsi məkanlarını müəyyən etmək lazım idi. Bunun üçün müxtəlif istirahət zonaları müəyyənləşdirildi, həmçinin tikilmiş, amma hələ istifadəyə verilməmiş mənzil fondu obyektləri mehmanxana normalarına uyğun vəziyyətə gətirilməli idi. Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik”.

Göründüyü kimi, bəşəriyyətə ciddi təhlükə yaradan qlobal iqlim dəyişikliklərinin mənfi təzahürləri ilə mübarizə fonunda ölkəmizin son illər həyata keçirdiyi enerji və iqlim siyasəti dünyada birmənalı olaraq yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycan son illərdə əldə etdiyi uğurlar nəticəsində Dünya İqtisadi Forumunun hesabatlarında Enerji Keçidi İndeksinə görə çox böyük sıçrayışa nail olub və dünya ölkələri arasında 32-ci yerdə qərarlaşıb.

Mirbağır YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see128

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see120

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see120

Çaki öldü

29 May 2025 00:07see119

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see119

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see117

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see116

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

29 May 2025 04:35see115

Xırdalanda mübahisə qanla bitdi: döyüb bıçaqladılar

29 May 2025 00:46see114

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see114

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see113

Liverpul un təklifinə razıdır

28 May 2025 22:15see113

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

29 May 2025 08:59see113

Oktyabrda verilməli olan qərar indi açıqlanır Bir gecədə qərar verildi

28 May 2025 23:16see113

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

29 May 2025 01:09see113

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see113

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

29 May 2025 08:14see113

Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı

29 May 2025 06:03see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri