Icma.az
close
up
RU
Prezident iqtisadi sahəyə də toxundu: ÜDM in zəif artımı...

Prezident iqtisadi sahəyə də toxundu: ÜDM in zəif artımı...

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi göstəriciləri ilə bağlı fikirlərini də bölüşüb. Dövlət başçısı ümumi daxili məhsulun çox artmamasının neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsi ilə bağlı olduğunu bildirərək, iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsinin qeyri-neft sektoru olduğunu qeyd edib.

Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.

“2025-ci ilin ilk 9 ayında Azərbaycanda ümumi daxili məhsul 1.3 faiz artsa da, qeyri-neft-qaz sektorunda 2,9 faiz artım qeydə alınıb. Bu o deməkdir ki, qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımı 2 bənd üstələyir. Bu, qeyri-neft sektorunun iqtisadi inkişafda əsas drayverə çevrilməsi deməkdir. Həmin dövrdə neft-qaz sektorunda əlavə dəyərin 1,9 faiz azalması qeydə alınıb.

Göründüyü kimi, neft sektorundakı azalmaya rəğmən qeyri-neft sektoru hesabına ümumi iqtisadi artım tempi qorunub saxlanılır.

Enerji sektorundakı azalmaya gəldikdə isə bu, daha çox neft hasilatının aşağı düşməsi ilə bağlıdır. Belə ki, sözügedən dövrdə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 faiz azalmış, qaz hasilatı isə 2,8 faiz artmışdır. Deməli, enerji balansında da dəyişiklik müşahidə edilməkdədir və qaz hasilatı artım dinamikasını qoruyub saxlayır.

Bütün bunlarla yanaşı, iqtisadiyyatın şaxləndirilməsi ilə bağlı islahatların dərinləşməsi daha da prioritetləşməkdədir. İqtisadiyyatın ağardılması, şəffaflığın artırılması ilə bağlı islahatlar real sektorun inkişafı üçün yeni imkanlar yaradır”, - o bildirib.

Asena,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Noyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see237

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see236

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see234

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see227

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see195

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see188

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see181

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see168

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see166

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see162

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see160

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see159

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see153

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see153

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see152

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see148

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri