Prezident istefa vermədi, müxalifət hədələdi: Gizləndiyi yerə gedəcəyik
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
Abxaziyanın Suverenliyini Müdafiə Komitəsinin sədri Levan Mikaa Abxaziyanın lideri Aslan Bjaniyaya ultimatum verib.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
“Ona istefa vermək üçün bir saat vaxt verdik”, - Mikaa bunu etirazçılar qarşısında çıxışı zamanı deyib. Bundan əvvəl Aslan Bjaniya vəzifəsini tərk etməkdən imtina edib.
“Biz geri çəkilmirik, ona bir saat vaxt veririk. Əgər getməsə, gizləndiyi yerə gedəcəyik. Biz bu ultimatumla adamları onun yanına göndərdik”, - deyə Mikaa toplaşan etirazçılara bildirib.
Xatırladaq ki, müxalifət Bjaniyanın istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
Abxaziyada etirazlar davam edir. Dünən səhər saatlarında müxalifətin çağırışı ilə insanlar parlamentin yaxınlığında toplaşmağa başlayıb. Ali qanunverici orqan Rusiya ilə investisiyalar haqqında hökumətlərarası sazişin ratifikasiyası məsələsinə baxmalı idi. Lakin deputatların qərarı ilə iclas ləğv edilib.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















