Prezident Kamboca Kralını təbrik etdi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Kralı Norodom Sihamoniyə təbrik məktubu göndərib.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Əlahəzrət,
Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Kamboca xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Prezident İlham Əliyev Kamboca Kralını təbrik ETDİ
09 Noyabr 2024 11:29
Prezident İlham Əliyev Kamboca Kralını TƏBRİK ETDİ
09 Noyabr 2024 11:29
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi
09 Noyabr 2024 11:22
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
09 Noyabr 2024 11:46

