Prezident Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı fərman imzaladı
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident İlham Əliyev kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Gununsesi.info xəbər verir ki, fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi dövlət başçısının 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsində nəzərdə tutulan kreditlərin təyinatı üzrə xərclənməsinin “Elektron kənd təsərrüfatı” informasiya sisteminin “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə təşkilini və bu barədə məlumatların ötürülməsi məqsədilə həmin informasiya sistemi ilə İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemlərinin inteqrasiyasını təmin etməlidir.
Baxış sayı:131
Bu xəbər 05 Mart 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















