Icma.az
close
up
RU
“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasının Mingəçevir şəhərində rəsmi açılış mərasimi baş tutub.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında keçirilən mərasimdə əvvəlcə reqata barədə ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, aprelin 28-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə təsadüf edir. 

Mərasimdə Heydər Əliyev və Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev  Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar. Qeyd olunub ki, belə mötəbər yarışların təşkili Azərbaycanın idman ölkəsi kimi nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, yarışların Prezident İlham Əliyevin tapşırığı əsasında ilk dəfə Sərsəng su anbarında keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Rəsmi hissədən sonra mərasim bədii proqramla davam edib. Proqram çərçivəsində folklor musiqiləri, iştirakçı ölkələrin milli musiqiləri ilə rəqs nümunələri və müxtəlif səhnə kompozisiyaları təqdim olunub.

Mərasimdə həmçinin son illərin populyar “Döngə” musiqi qrupu canlı konsert proqramı ilə çıxış edib. Açılış mərasimi ənənəvi atəşfəşanlıqla yekunlaşıb.

Məlumat üçün bildirək ki, reqata bu gün Suqovuşanda davam edəcək.  30 aprel - 1 may tarixlərində Mingəçevirdə son yarışlar keçiriləcək.

Qabil YUSİFOĞLU 
XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri