Prezident Kuboku 2026 da Azərbaycan təmsilçiləri günü 4 medalla başa vurublar
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan təmsilçiləri günü 4 medalla başa vurublar.
SİA xəbər verir ki, günün son finalında Niyaz Malikov – İvan Vorobyanski cütlüyü 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşdə (2008–2009 təvəllüdlü idmançılar) bürünc medal qazanıb.
Bu gün həmçinin Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar ) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar. Azər İlyasov isə akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlər arasında) yürüşdə qızıl medal əldə edib.
Əlimurad Hacızadə dünən birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə gümüş əldə etmişdi. O, bu gün birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə də ikinci olub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.
Banuçiçək Hüseynli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:220
Bu xəbər 30 Aprel 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















