Prezident müdafiə nazirini qurban verdi: Özünü xilas edə biləcək?
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
Cənubi Koreyada prezident Yoon Suk Yeol ona dekabrın 3-nə keçən gecə hərbi vəziyyət elan etməyi təklif edən müdafiə naziri Kim Yonq-hyun istefasını qəbul edib.
Publika.az xəbər verir ki, Prezident Aparatından verilən açıqlamada müdafiə naziri Kimin istefası qəbul edilib.
Prezident Yoonun elan etdiyi hərbi vəziyyət əvvəlcə parlamentin səs verməsi, daha sonra isə nazirlər şurasının təsdiqi ilə bir neçə saat ərzində ləğv edilib.
Müdafiə naziri Kim dünən verdiyi yazılı açıqlamada hərbi vəziyyət elan edərək narahatlıq və xaosa səbəb olduğu üçün vətəndaşlardan üzr istəyib.
Müdafiə naziri Kim istefasını elan etməzdən bir qədər əvvəl müxalifət partiyaları parlamentə hərbi vəziyyətin elan edilməsinin qanunsuz olduğunu əsas gətirərək Yoonun impiçment prosesini başladan vəsatət təqdim ediblər.
Qeyd edək ki, Prezident Yoon Suk Yeol dekabrın 3-də müxalifətin “dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan edib.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 05 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















