Icma.az
close
up
RU
Prezident Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərman imzaladı

Prezident Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərman imzaladı

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev “Naxçıvan Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. SİA xəbər verir ki, Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılır. Müəyyən edilib ki, Naxçıvan Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir.

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat ayrılıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Sənaye Parkında istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən etmək tapşırılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və kommunal xidmət (elektrik və istilik enerjisi, təbii qaz və su) qurumları ilə birlikdə Naxçıvan Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə kömək edəcək və Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə isə Naxçıvan Sənaye Parkının fəaliyyəti üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək avtomobil yolunun cənubunda 310 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see147

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see142

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see135

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see130

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see129

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see128

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see124

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see123

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see123

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri