Icma.az
close
up
RU
Prezident o məsələni xatırlatdı: “Bir nəfər gəlib erməni dedi ki…”

Prezident o məsələni xatırlatdı: “Bir nəfər gəlib erməni dedi ki…”

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndində sakinlərlə görüşüb.

Globalinfo.az xəbər verir ki, kənd sakinlərindən biri ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb:

“Prezident İlham Əliyev: Bu işğalı xatırlayırsınız?

Kişi sakin: Hamısını xatırlayıram. Bu kəndə erməni girəndə axırıncı biz çıxmışıq.

Prezident İlham Əliyev: Haradan girmişdilər onlar?

Digər kişi sakin: Erməni bu üzdən girdi, Daşkəsən kəndi var orada. Oradan girdi bizim kəndə. Bir də Füzuli tərəfdən gəldi. Bura bizim orta kəhrizimizdir. Buradan aşdıq dağın o tərəfinə. Dağın o tərəfindən də biz Araza tərəf getdik. Ən axırıncı elə oradan çıxmışıq. Asfaltla Arazqırağı Beyləqan tərəfə getdik. Yarımız İrana adladıq. O vaxt İran da aranı kəsdi, imkan vermədi.

Prezident İlham Əliyev: Bəli, zəngilanlılar Arazı keçdilər o tərəfə. Buradakılar isə çay boyunca.

Digər kişi sakin: Çay boyu getdik. Oradan da İran çoxuna imkan vermədi, maşınlar qaldı, piyada qaldı çoxu. Üzüm bağları ilə getdilər. Heyvandarlıqdı, məsələn, heyvan qaldı. Bax, belə pis günlər idi, cənab Prezident.

Prezident İlham Əliyev: Bütün mal-mülk, ev-eşik hamısı qaldı?!

Digər kişi sakin: Ev-eşiyin hamısı dolu qaldı.

Prezident İlham Əliyev: Bunu deyirdik beynəlxalq təşkilatlara. Bir dənə beynəlxalq təşkilat bir şey elədi? Heç nə!

Digər kişi sakin: İnamımız Sən oldun.

Prezident İlham Əliyev: Bir nəfər gəlib erməniyə dedi ki, sən buradan çıx, bura sənin deyil?

Digər kişi sakin: Yox, yox!

Prezident İlham Əliyev: Hələ istəyirdilər ki, biz də barışaq bu vəziyyətlə. Hələ deyirdilər ki, sülh yolu ilə həll edin. Deyirdim, yaxşı, sülh yolu ilə edək, amma həll edək də. Yox, müharibə olmamalıdır. Sonra deyirdilər ki, müharibə heç bir nəticə verməz. Yəni, bu məsələ ilə məşğul olanların hamısı bizə qarşı birləşmişdi, hamısı Ermənistanın tərəfində idi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see330

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see178

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see154

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri