Prezident o toplantıda iştirak etməyəcək
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin noyabrın 7-də Budapeştdə keçiriləcək Zirvə toplantısında iştirak etməyəcək.
Demokrat.az-ın məlumatına görə, Azərbaycan dövlət başçısının tədbirdə iştirak etməməsinin əsas səbəbi iş qrafikinin gərginliyi ilə bağlıdır.
Belə ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının noyabrın 5-6-da Bişkekdə keçirilən Zirvə toplantısında iştirak edib. Noyabrın 8-də isə dövlət başçısı Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirlərə qatılacaq.
Qeyd edək ki, Avropa Siyasi Birliyi (European Political Community, EPC) Avropanın gələcəyi ilə bağlı siyasi və strateji müzakirələr üçün hökumətlərarası forumdur. Prezident İlham Əliyev qurumun 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqa şəhərində, 2023-cü ilin iyununda Moldovanın paytaxtı Kişinyov şəhərində, bu ilin iyulunda Böyük Britaniyanın Oksford şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Prezident o toplantıda iştirak etməyəcək
07 Noyabr 2024 03:42
Baxış sayı:85
Bu xəbər 06 Noyabr 2024 22:12 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları