Icma.az
close
up
RU
Prezident Odil RenoBasso ilə görüşdü FOTOLAR

Prezident Odil RenoBasso ilə görüşdü FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso ilə görüşüb.

"Unikal" xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun iştirakı ilə “Gəncə şəhərində su təchizatı və kanalizasiya sistemlərinin, yağış sularının idarəetmə sisteminin yenidən qurulması və tullantı sularının təmizlənməsi qurğusunun tikintisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi oldu.

Görüşdə dövlətimizin başçısı imzalanan Memorandumun əhəmiyyətinə toxundu, bununla da əməkdaşlığımızın gündəliyində çox mühüm bir səhifənin açıldığını dedi və bu sənədin imzalanmasını əməkdaşlığımızda növbəti önəmli mərhələ kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Odil Reno-Bassonun COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Tədbirin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı burada artıq çox səmərəli nəticələrin əldə olunduğunu qeyd etdi.

Qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə minnətdarlığını bildirən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti COP29-un çox əhəmiyyətli bir tədbir olduğunu dedi. Qonaq imzalanan sənədi əməkdaşlığımızda önəmli hadisə kimi qiymətləndirdi.

Söhbət zamanı Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında perspektiv layihələr və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Noyabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see309

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see307

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see259

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see256

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see252

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see237

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see233

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see232

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see224

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see215

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see213

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see207

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see205

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see200

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see198

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see198

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see195

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see188

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see186

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri