Prezident onları mükafatlandırdı SİYAHI +FOTOLAR (YENİLƏNİB)
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyev "2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncam imzalayıb.
Mia.a xəbər verir ki, Sərəncamla elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib:
Ağadadaşov Sərxan Əbülfət oğlu
Ağayev Şahmar Zöhrab oğlu
Həsənova Elmina Qəhrəman qızı
Həsənova Leyla Elçin qızı
İsmayıllı Aynur Telman qızı
İsmayılov Mahmud Azər oğlu
Məmmədova Lamiyə Famil qızı
Məmmədova Nilgün Azər qızı
Novruzov Səməd Əbülqasım oğlu
Tağızadə Mahir Tahir oğlu.
***
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bəzi şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.
Mia.az “Qafqazinfo”ya istinadən təltif edilən gənclərdən bəziləri haqda məlumatları təqdim edir:
Prezident mükafatına layiq görülən gənclərdən biri “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyevadır.
Prezident Sərəncamı ilə təltif olunan gənclərimizin sırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzov da var.
Mükafata layiq görülən gənclərdən biri də BDU-nun SABAH qruplarının məzunu Lamiyə Məmmədovadır. O, hazırda Qarabağ Universitetində çalışır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexanika kafedrasının müəllimi Mahmud İsmayılov da təltif olunanlar arasındadır. O, həmçinin “TEKNOFEST Azərbaycan robototexnika” yarışının qalibi, IDDA & KOICA proqramının ən yaxşı təlimçisi, 13 elmi məqalə müəllifidir.
Prezident mükafatına layiq görülən gənclər biri də opera ifaçısı Elmina Həsənovadır. O, 2024-cü ildə Hindistanın Mumbay şəhərində keçirilən mötəbər beynəlxalq opera ifaçılığı müsabiqəsində ikinci yerə çıxıb və “Pepita Embil” mükafatına layiq görülüb.
Təltif olunan gənclərdən biri də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi Leyla Həsənovadır.
Azərbaycanın gənc opera müğənniləri nəslinin nümayəndələrindən biri olan Mahir Tağızadə də təltif olunanlar sırasındadır. O, güclü bariton və zəngin səhnə ifaçılığı ilə həm ölkə daxilində, həm də xaricdə tanınır.
Həmin gənclərin siyahısında Sərxan Ağadadaşovun da adı var. O, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının “Pilotsuz uçuş aparatları” qrupunun qrup rəhbəridir.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 30 Yanvar 2026 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















