Prezident onu nazir müavini təyin etdi FOTO
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Qeyd edək ki, Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda anadan olub.
2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. 2016-cı ildə Avstraliyanın Deakin Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Rəşad Həsənov Azərbaycan Mərkəzi Bankında iqtisadçı, Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı, ADA Universitetində baş müəllim, Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı vəzifələrində çalışıb. 2021-ci ildən etibarən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:138
Bu xəbər 20 Mart 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















