Icma.az
close
up
RU
Prezident Peter Pelleqrini Milli Məclisdə olub

Prezident Peter Pelleqrini Milli Məclisdə olub

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 15-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb.

SİA xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, son illərdə Azərbaycan ilə Slovakiya arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Spiker fəal siyasi dialoqun, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin bu prosesdə mühüm rol oynadığını vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabr ayında Slovakiyaya həyata keçirdiyi ilk rəsmi səfərin, eləcə də Prezident Peter Pelleqrinin ölkəmizə cari rəsmi səfərinin Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında yeni mərhələ açdığını qeyd edib.

Görüşdə parlamentlərarası dostluq qrupları arasında da əlaqələrin əhəmiyyəti vurğulanaraq, parlamentlərin profil komitələri arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini bu gün ölkələrimiz arasında dostluq münasibətlərinin və siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirdiyi rəsmi səfərin Şuşa şəhərindən başlanmasının xüsusi rəmzi məna daşıdığını qeyd edən Prezident Peter Pelleqrini bildirib ki, Avropa İttifaqına üzv ölkənin Prezidenti qismində Şuşaya rəsmi səfər edən ilk dövlət başçısı olmaq onun üçün xüsusi qürur mənbəyidir. O, Şuşada keçirilmiş görüş və müzakirələrin, eləcə də əldə olunmuş razılaşmaların ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Ali qonaq Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən müsbət təəssüratlarını bölüşərək, Slovakiya şirkətlərinin bu prosesə töhfəsini və həyata keçirdikləri layihələri ölkələrimiz arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyul 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri