Icma.az
close
up
RU
Prezident qəbul keçirdi Fotolar

Prezident qəbul keçirdi Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib.

Ölkəmizlə BMT arasında əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanda COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi böyükmiqyaslı BMT tədbirlərinin keçirildiyini vurğulayıb, bu il də BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Mədəniyyətlərarası Dialoq Forumunun təşkil ediləcəyini deyib.

Azərbaycanın BMT-nin vacib tərəfdaşı olduğunu və “orta güc” dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi etdiyini vurğulayan Dmitri Şlapaçenko bu xüsusda Bakıda COP və Ümumdünya Şəhərsalma Forumunun təşkil olunduğunu xatırlayıb. O, bu gün Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının keçirildiyini deyərək, ölkəmizdə BMT-nin İqlim Həftəsi tədbirinin də olacağını qeyd edib.

Dmitri Şlapaçenko Azərbaycanın BMT-nin müvafiq qurumlarının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

O, Azərbaycanın hazırda həyata keçirdiyi inkişaf proqramına BMT-nin də öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirib, bu xüsusda Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində aparılan böyükmiqyaslı işlərin vacibliyinə toxunub.

Minalar problemini qeyd edən Dmitri Şlapaçenko BMT-nin bu məsələdə Azərbaycana dəstək verməyə və təcrübəsini bölüşməyə hazır olduğunu deyib.

Dövlət başçısı da işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb, ölkəmizin üzləşdiyi mina probleminin miqyasını qeyd edib. Prezident İlham Əliyev bunun bərpa-quruculuq işlərinə mane olmasına baxmayaraq, Azərbaycanın minatəmizləmə sahəsində də ardıcıl fəaliyyətini davam etdirdiyini vurğulayıb.

Dmitri Şlapaçenko tezliklə Qarabağa səfər edəcəyini bildirib, BMT Günü ilə əlaqədar Qarabağ Universitetində böyük bir tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Görüşdə Cənubi Qafqaz regionunda transsərhəd çayların ekoloji mühitinin yaxşılaşdırılması və bu sahədə monitorinqlərin aparılması, Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlər də müzakirə olunub.








Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Sentyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see365

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see272

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see272

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see271

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see259

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see259

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see254

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see245

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see243

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see227

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see221

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see217

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see216

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see213

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see210

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see204

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see201

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see199

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see185

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri