Icma.az
close
up
RU
Prezident qəbullar keçirdi Fotolar+Yenilənib

Prezident qəbullar keçirdi Fotolar+Yenilənib

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlət başçısını təbrik etdi, bunun bütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib.

Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan məmnunluğunu ifadə edib, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyib.

Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulayıb. Senatın sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd edib.

Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxunub, bu istiqamətdə əldə olunmuş nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib.

Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabel xəttinin tikilməsi layihəsinin önəmi vurğulanıb, bunun ölkəmizin və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından əhəmiyyətinə toxunulub.

Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlət başçısına və Azərbaycan xalqına çatdırıb.

Saqr Qobaş bildirib ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana, Şuşa şəhərinə səfərini və dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayır.

Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransının yüksək səviyyədə təşkil edildiyini deyən Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri vurğulayıb ki, bu tədbir ölkəmizin konstitusional dəyərlərə və suverenliyə nə qədər sadiq olduğunun və əhəmiyyət verdiyinin bariz nümunəsidir.

Qonaq Azərbaycanın inkişafına toxunaraq, bunun Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olduğunu vurğulayıb. Saqr Qobaş paytaxt Bakının gözəlliyinin və memarlığının onda dərin təəssürat hissi yaratdığını deyib.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və xalqına çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla həm Əbu-Dabidə, həm də Azərbaycanda Bakı və Şuşa şəhərlərində görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırlayıb.

Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin sabiq prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın uzaqgörən siyasəti və ölkə rəhbərliyinin ardıcıl səyləri nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin uğurlu nümunəvi inkişafını qeyd edib.

Ulu Öndər Heydər Əliyevin BƏƏ-nin sabiq Prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyan ilə 1994-cü ildə İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Sammitində görüşü xatırlanaraq, məhz həmin görüşdə ölkələrimiz arasında hazırkı münasibətlərin təməlinin qoyulduğu vurğulanıb.

Qonaq regionda sülhün təmin olunması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirərək, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalından sonra hər iki tərəfin hazırda sülh şəraitində yaşamağa uyğunlaşdığını bildirib.

Prezident İlham Əliyev bundan sonra da ölkəmizin regionda davamlı sülhün təmin olunması, nəqliyyat layihəsinin, xüsusilə TRIPP xətti üzrə nəqliyyat bağlantılarının yaradılması istiqamətində səylərini davam etdirəcəyini deyib.

Söhbət zamanı Azərbaycanla BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd olundu. Bu xüsusda “Masdar” şirkətinin Azərbaycana bərpaolunan enerji sektoruna sərmayələrinə, SOCAR-ADNOC əməkdaşlığına, qarşılıqlı investisiyalara toxunulub.












Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri