Icma.az
close
up
RU
Prezident Şahbaz Şərifə və Ərdoğana Xankəndidə ev verəcəkmi? Bir zarafatın geopolitik hədəfi

Prezident Şahbaz Şərifə və Ərdoğana Xankəndidə ev verəcəkmi? Bir zarafatın geopolitik hədəfi

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Pakistanın baş naziri Şahbaz Şərif Xankəndiyə səfəri zamanı Prezident İlham Əliyevə “Burada bir ev mənə, birini də Rəcəb Tayyib Ərdoğana tikməliyik” deyib. Onun zarafatla deyilmiş sözləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub. Bəziləri bu fikrin sadəcə dostluq rəmzi olduğunu düşünür, digərləri isə həmin ifadənin arxasında müəyyən siyasi mesaj axtarır.
Demokrat.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Şahbaz Şərifin sözləri nə qədər zarafat da olsa, o, həqiqətən də Xankəndidə bir ev istəyir.
Onun sözlərinə görə, burada siyasi mesaj da var:
“Şahbaz Şərif demək istəyir ki, Qarabağın işğaldan azad olunmasında Pakistanın da bir rolu olub və biz burada da qonşu olmalıyıq. Ona görə də o, həm Rəcəb Tayyib Ərdoğan, həm də özü üçün ev istəyir. Təbii ki, onların evi İlham Əliyevin oradakı iqamətgahı ilə yaxın olmalıdır. Məncə, Azərbaycan hökuməti onun zarafatından istifadə edib, ev hədiyyə etməlidir. Beləliklə, üç qardaş, dost ölkənin Xankəndidə yeni bir simvolu yaranmış olar”.
H.Oğuzun fikrincə, burada Putinə də mesaj ötürülüb:

“Bu təklifdə Rusiya Prezidenti Vladimir Putinə də bir mesaj var. Yəni demək istəyirlər ki, “sən ofsaytdasan, oyundan kənar vəziyyətdəsən, özünü yaxşı aparmadın, Qarabağ döyüşlərində belə ermənilərin tərəfində durdun, erməniləri silahlandırdın”. Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyana və İranın başçısı Məsud Pezeşkiana da mesaj verilir. Hərçənd ki, Pezeşkian o dövrdə prezident deyildi, amma İrana bir mesajdır ki, məhz bu liderlərin Qarabağın işğaldan azad olunmasında bir rolu var”.
Siyasi şərhçi deyib ki, istənilən işdə kimin rolu varsa, onu dəyərləndirmək, qiymətləndirmək, hörmət etmək lazımdır:
“Həqiqətən də Qarabağ döyüşlərində Türkiyənin və Pakistanın Azərbaycana çox böyük mənəvi, siyasi dəstəyi olub. Hazırda regionda formalaşan reallıqda bu üç ölkə əvəzsiz rola malikdir. Bunları qiymətləndirərək digərlərinə də örnək göstərmək lazımdır”. (Globalinfo.az)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 İyul 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see177

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see175

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see131

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri