Icma.az
close
up
RU
Prezident seçilən Trampla bağlı GÖZLƏNTİLƏR: Andiçmədən dərhal sonra... ŞƏRH

Prezident seçilən Trampla bağlı GÖZLƏNTİLƏR: Andiçmədən dərhal sonra... ŞƏRH

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Gələn ilin yanvarın 20-də andiçmə mərasimi ilə Ağ Evdə yerləşəcək Donald Tramp hələ işə başlamamış beynəlxalq aləmdə onun özü və administrasiyası üçün yaxşı start vəziyyəti yaranıb. Tramp seçki kampaniyası dövründə “andiçmədən dərhal sonra Rusiya-Ukrayna müharibəsini bitirəcəm” deyirdi. O, Prezident səhaliyyətinə başlamamış Rusiya və Ukraynada atəşkəsdən danışmağa başlayıblar".

Sfera.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Trampla bağlı gözləntiləri şərh edib.

E.Şahinoğlu bildirib ki, Trampın əsas diqqət edəcəyi məsələlərdən biri Rusiya-Ukrayna müharibəsi olacaq:

“Hər iki tərəfdə müharibədən yorğunluq hiss olunur. Hazırkı gedişat Trampın xeyrinədir. Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə “müharibə yolu ilə itirdiklərimizi geri qaytarmaq çətin olacaq” kimi açıqlamalar verməyə başlayıb. Zelenski özünü və xalqını ona hazırlayır ki, Trampın prezidentliyi dövründə ABŞ-nin Ukraynaya maliyyə və hərbi dəstəyi azala bilər. Bu isə Ukraynanın müharibəni davam etdirmək imkanlarını azaldacaq. Buna görə də Zelenski müvafiq şərtlər daxilində müharibənin dayandırılması ehtimalını səsləndirməyə başlayıb. Tramp və onun adminstrasiyasına da elə bu lazımdır. Kreml də atəşkəsin əleyhinə deyil, çünki bu halda işğal etdiklərini əlində saxlaya biləcək”.

Onun sözlərinə görə, Suriyadakı son hadisələr də Tramp üçün faydalıdır:

“Əsəd rejiminin yıxılması ilə ABŞ hərbi qüvvələrinin Suriyada qalmasının aktuallığı azalıb. Tramp da bunu istəyir. Bundan başqa, ABŞ-nin PKK və ona bağlı terrorçu qruplara dəstək verməsinin əhəmiyyəti qalmayıb. Suriyada hakimiyyəti ələ keçirən qüvvələr Türkiyənin dəstəyi ilə PKK-nın Suriyada nəzarət etdiyi bölgələrini ard-arda ələ keçirirlər”.

E.Şahinoğlu qeyd edib ki, Donald Trampın başqa dövlətlərlə sərt iqtisadi və miqrasiya siyasətinə hazırlaşanlar da var:

“Tramp ABŞ-nin iki qonşusu olan Meksika və Kanadanın ünvanına ciddi xəbərdarlıqlar edib. Çin də Trampın prezidentliyinə hazırlaşır. Tramp Çin məhsullarına rüsumları artıracaq. ABŞ Ticarət Komissiyasının son hesabatına görə, bir vaxtlar ABŞ-də dominant geyim tədarükçüsü olan Çinin 2013-2023-cü illər arasında bazar payı 16,4 faiz aşağı düşüb. Bundan da Çinə qonşu olan Vyetnam, Banqladeş, Hindistan və Kamboca faydalanıblar. Trampın “ilk növbədə Amerika” şüarı yerli istehsalın artmasına hədəflənib”.

Firuzə Əliyeva

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Dekabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri