Prezident Sərəncam imzaladı
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək.
Axşam.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil Nazirliyi ilə birlikdə akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayacaq.
Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, bu ilin dekabr ayında görkəmli alim və ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 ili tamam olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 05 İyul 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















