Icma.az
close
up
RU
Prezident SƏRƏNCAM imzaladı İslahatlar başlayır!

Prezident SƏRƏNCAM imzaladı İslahatlar başlayır!

Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Maliyyə bazarlarında şəffaflığı artıracaq və sığorta xidmətlərini hər kəs üçün əlçatan edəcək yeni mərhələ başlayır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində ölkəmizdə irimiqyaslı islahatların tətbiqinə start verilir.

Proqramın gətirdiyi ən mühüm yeniliklərdən biri — “Açıq Sığorta Modeli” (Open Insurance) və mikrosığorta bazarının formalaşdırılmasıdır.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) ekspert qrupunun üzvü Emil Ağabağırov mövzu ilə bağlı açıqlamasında bu yeniliklərin vətəndaşların sığortaya çıxışını necə asanlaşdıracağını və prosesin detallarını Oxu24.com-a şərh edib.

Ekspert bildirib ki, hazırda Dövlət Proqramının icrası istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, tədqiqatların aparılması və ciddi hazırlıq prosesi gedir:


“Bu proqram çərçivəsində ilkin olaraq maliyyə institutlarının modelin tətbiqinə hazırlıq səviyyəsi qiymətləndiriləcək. Daha sonra müvafiq hüquqi baza formalaşdırılacaq. Son nəticədə isə ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin ən azı 50 faizinin açıq sığorta modelini tətbiq etməsi planlaşdırılır.”

“Açıq Sığorta Modeli” vətəndaşa nə vəd edir?

Açıq sığorta modeli texnoloji inteqrasiyanı və məlumatların təhlükəsiz şəkildə paylaşılmasını nəzərdə tutur. Bu model vətəndaşlar üçün sığorta xidmətlərini tamamilə rəqəmsallaşdıracaq. Sakinlər vahid platformalar üzərindən fərqli şirkətlərin təkliflərini asanlıqla müqayisə edə, bürokratik maneələr olmadan və vaxt itirmədən özlərinə uyğun sığorta məhsulunu seçə biləcəklər. Bu da bazarda rəqabəti artıraraq qiymətlərin daha da optimallaşmasına şərait yaradacaq.

Mikrosığorta nədir və kimlər üçündür?

Dövlət Proqramının digər mühüm istiqaməti isə mikrosığorta bazarının inkişaf potensialının qiymətləndirilməsi və stimullaşdırılmasıdır. Emil Ağabağırov mikrosığorta anlayışını və onun mexanizmini sadə dillə belə izah edib:

“Mikrosığorta — daha az gəliri olan əhalinin sığorta xidmətlərinə əlçatanlığının təmin edilməsi deməkdir. Burada məqsəd vətəndaşın daha az sığorta haqqı ödəməklə müəyyən risklərdən qorunmasıdır.

Məsələn, adi bir sığorta zərfi üçün illik ödəniş 200 manatdırsa və bunun qarşılığında (simvolik olaraq) 10 000 – 20 000 manatlıq təminat verilirsə, az təminatlı əhali qrupu üçün bu məbləğ yüksək ola bilər. Mikrosığorta modelində isə vətəndaş 200 manat deyil, tutaq ki, cəmi 20 manat sığorta haqqı ödəyəcək. Bunun müqabilində isə ona 2 000 – 3 000 manatlıq təminat təklif olunacaq. Beləliklə, vətəndaş daha az ödəməklə, eyni risklər üzrə az, lakin öz büdcəsinə tamamilə yetərli sığorta təminatı əldə etmiş olacaq”.

ASA rəsmisi vurğulayıb ki, bu layihə ölkənin maliyyə ekosistemi üçün çox geniş və strateji bir addımdır. Hazırda bu istiqamətdə lazımi mexanizmlərin qurulması və təcrübənin tətbiqi üzərində işlər aktiv şəkildə davam etdirilir.

Növbəti dövrlərdə rəsmi məlumatlar toplandıqca və hüquqi addımlar rəsmiləşdikcə, ictimaiyyətə daha geniş və detallı açıqlamaların veriləcəyi bildirilib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://dogru.az
archiveBu xəbər 28 May 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri