Icma.az
close
up
RU
Prezident tapşırığına ciddi və formal yanaşan hökumət üzvləri ARAŞDIRMA

Prezident tapşırığına ciddi və formal yanaşan hökumət üzvləri ARAŞDIRMA

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Artıq bir neçə ildir ki, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının başçıları aylıq vətəndaş qəbulu keçirir.

Etiraf edək ki, bu proses yeni başlayanda bütün nazirlər bölgələrdə vətəndaşlarla birbaşa təmasda olurdu və  onları dinləyirdi.

Ölkə başçısının bu tapşırığı insanlarda məmnunluq yaratmışdI. Çünki, aşağı ranqlı məmurlar tərəfindən haqqı tapdanan insanlar birbaşa rəhbərə vəziyyətini çatdıra bilirdi.

Amma illər keçdikcə bu ənənə bəzi hökumət üzvlərinin timsalında formal xarakter daşımağa başlayıb. 

Gununsesi.info-nun qısa araşdırması zamanı bəlli olub ki, azsayda nazirlər ölkə rəhbərinin bu tapşırığına ciddi əməl edir.

Belə ki, araşdırmamız zamanı real vətəndaş qəbulu keçirən şəxslərin- DİN rəhbəri Vilayət Eyvazov, Baş Prokuror Kamran Əliyev , FHN şefi Kəmaləddin Heydərov və  Qaçqınkom sədri Rövşən Rzayevin olduğu müəyyən edilib.

Adıçəkilən şəxslər bölgələrdə keçirdiyi qəbullarda yüzlərlə insanı dinləyir , onların probleminin həllinə köməklik göstərir.

Prezident tapşırığına formal yanaşanlar  isə daha çoxluq təşkil edir.

Araşdırmamız zamanı məlum olub ki, bunlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Mədəniyyət naziri Adil Kərimli, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Səhiyyə naziri Teymur Musayev, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli və SOCAR rəhbəri Rövşən Nəcəf prezident tapşırığına formal yanaşır.

İqtisadiyyat Nazirliyinin tabeçiliyində olan xidmət və agentliklərin rəhbərləri də bu qəbulları statistika üçün keçirir.

Məlum olub ki, formal görüş keçirən bu rəhbər şəxslər öz tabeçiliklərində çalışan şəxsləri qəbul edir.

Bu daha çox Azəravtoyol rəhbəri Saleh Məmmədova aiddir.

Bildirilir ki, Saleh Məmmədov bölgələrdəki qəbulunda 10-15 nəfər iştirak edir ki, onlar yol idarələrinin təmsilçiləridir.

Eyni üsulla kənd təsərrüfatı naziri Məcnun Məmmədov da çalışır. O da vətəndaş qəbulu adı ilə tabeçiliyində çalışan şəxsləri qəbul edir.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə vətəndaş qəbulu adı ilə mollalarla görüşür.

Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli də vətəndaşdan gen gəzən rəhbərlərdəndir.

Firuzə Mahmudova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri